Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb
Dekabrda Türkiyədə işsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,5 faiz olub. İşsizlərin sayı əvvəlki ayla müqayisədə 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə düşüb.Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin dekabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,5 faiz təşkil edib. İşsizlərin sayı dekabrda əvvəlki ayla müqayisədə 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə düşüb. İşsizliyin səviyyəsi kişilər arasında 6,9 faiz, qadınlar arasında isə 11,4 faiz təşkil edib.
Gənclər arasında işsizlik 16 faizdən çoxdur
15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 bənd artaraq 16,3 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik nisbəti; Kişilər üzrə 13,1 faiz, qadınlar üzrə isə 22,1 faiz olaraq qiymətləndirilib.
İşsizlərin sayı 39 min nəfər azalıb
15 və daha yuxarı yaşda olan işsizlərin sayı dekabr ayında noyabr ayı ilə müqayisədə 39 min nəfər azalaraq təxminən 3 milyon 26 min nəfərə geriləyib.
Məşğul əhalinin sayı 32 milyon 718 minə düşüb
Məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 54 min nəfər azalaraq 32 milyon 718 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi azalaraq 49,5 faizə geriləyib. Bu nisbət kişilərdə 66,9 faiz, qadınlarda isə 32,4 faiz olub.
İşçi qüvvəsi 35,7 milyonu ötüb
Dekabrda ölkədə işçi qüvvəsi (iqtisadi fəal əhali) əvvəlki ayla müqayisədə 94 min nəfər azalaraq 35 milyon 743 min nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 13 d. əvvəl
- 30 d. əvvəl
-
45 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
48 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
51 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
53 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Ən çox oxunanlar
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
























