Azərbaycandan çıxan valyuta, ölkəyə daxil olanı üstələyib - 438 MİLYON DOLLARLIQ KƏSİR
Xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri 438.1 milyon dollar azalıb. Tədiyə balansı kəsirini örtmək məqsədilə istifadə edilən metodlardan biri də devalvasiyadır.Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə Tədiyə balansını açıqlayıb.
Marja.az xəbər verir ki, 2024-cü il üzrə tədiyyə balansında 438.1 milyon dollarlıq kəsir yaranıb. Müqayisə üçün qeyd edək kik, 2023-cü il üztə Tədiyyə balansında 5 milyard 356.4 milyon dollarlıq profisit olmuşdu.
"2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 4.7 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) isə 5.0 mlrd.$-lıq kəsir yaranmışdır. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlıxarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri 438.1 mln.$ azalmışdır. Bu dövrdə xam neftin orta qiyməti 84.0$/barel2 olmuşdur", -2024-cü il üzrə Tədiyə balansın deyilir.
2023-cü il üzrə Tədiyyə balansında bildirilmişdi:
"2023-cü il üzrə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında neft və qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 8.3 mlrd.$ həcmində profisit formalaşmış, kapitalın və maliyyənin hərəkəti balansında isə 4.3 mlrd.$-lıq kəsir yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 5.4 mlrd.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 86$/barel olmuş, qeyri-neft-qaz ixracı isə 11.1% artaraq 3.3 mlrd.$ səviyyəsində formalaşmışdır".

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
Qeyd edilib ki, 2024-cü il üzrə cari əməliyyatlar hesabının profisiti 4.7 mlrd.$ və ya ÜDM-in 6.3%-ni təşkil etmişdir (2023-cü il üzrə 8.3 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən (ö.i.n.) 11.9% daralaraq 15.1 mlrd.$, qeyri-neft-qazsektoru üzrə CƏBin kəsiri isə 18.5% artaraq 10.4 mlrd.$ məbləğində olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 023-cü il üzrə cari əməliyyatlar hesabının profisiti 8.3 mlrd.$ və ya ÜDM-in 11.5%-ni təşkil etmişdi (2022-ci il üzrə 23.5 mlrd.$ profisit olmuşdu). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən (ö.i.n.) 40.4% azalaraq 17.1 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏBin kəsiri isə 68.9% artaraq 8.8 mlrd.$ məbləğində olmuşdu.
Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.
İqtisad ədəbiyyatda, "sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi" kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.
Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür. Sözügedən metoddan, inflyasiya səbəbindən yaranan daxili və xarici qiymət səviyyəsi fərqini, dolayısı ilə ödənişlər balansı (tədiyə balansı) kəsirini örtmək məqsədilə də istifadə olunur.
Devalvasiyaya gedən ölkələr xarici sərmayə cəlb etməklə bərabər, ixracatda rəqabət üstünlüyü tuturlar. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır.
Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artmasına yol açan devalvasiyanın, avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Devalvasiyanın, xüsusilə az inkişaf etmiş və iqtisadiyyatı əsasən kənd təsərrüfatına söykənən ölkələrdə ciddi problemlərə yol açdığı da dilə gətirilir. Belə ölkələr ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal etdiklərinə görə, əhalisi məhsulları daha bahalı alımalı olur.
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma















.jpg)








