Kriptovalyuta bazarında tarixi çöküş
Mantra 1 saat ərzində 90 faiz ucuzlaşıb.Kriptovalyuta bazarında daha bir şokedici eniş baş verib. 2021-ci ildə istifadəyə verilən və son yüksəlişi ilə diqqət çəkən Mantra (OM) cəmi bir neçə saat ərzində dəyərinin təxminən 90 faizini itirərək investorlarını böyük zərərə salıb.
Marja.az xəbər verir ki, OM dünən axşam saatlarında 6,14 dollara ticarət olunub, lakin gecə yarısına doğru qiymət 0,45 dollaradək düşüb. Mantra-nın bazar dəyərində 6,12 milyard dollardan 650 milyon dollara qədər kəskin azalma olub. Beləliklə, OM-un ümumi bazar dəyərindən 5,5 milyard dollar silinib.
Tənəzzül birdən dərinləşib
Saat 19.30-da başlayan ucuzlaşma əvvəlcə tədricən və məhdud xarakter daşıyırb. Lakin saat 22:25-ə olan məlumata görə, cəmi bir neçə dəqiqə ərzində 56 faiz kəskin itki olub. Sonrakı satışlarla azalma 93 faizə çatıb. OM bu yaxınlarda kriptovalyuta reytinqlərinin ilk 20-liyində idi.
Səbəbi bilinmir, iddialar gündəmdədir
Çöküşün dəqiq səbəbi hələlik məlum deyil. Bununla belə, sosial media səhifələrində Mantra komandasının bəzi üzvlərinin reseptsiz dərman satdığına dair təsdiqlənməmiş iddialar ortaya çıxıb. Mantra tərəfindən indiyə qədər heç bir rəsmi açıqlama verilməyib.
Mantra real dünya aktivlərinin (RWA) tokenləşdirilməsində qabaqcıl layihələrdən biri hesab olunurdu. Bununla belə, son həftələrdə komandanın manipulyasiya etdiyinə dair iddialar da ortaya çıxıb. Tokenlərin 90 faizinin komanda tərəfindən idarə olunduğu barədə məlumatlar ətrafında da mübahisələr var idi, lakin bu iddialar həmtəsisçi Patrick Mullin tərəfindən rədd edilib.
Bir neçə saatdan sonra baş direktoru açıqlama verib
Tarixi çöküşün ardınca Mantra-nın baş direktoru Patrick Mullin "Mən yatmışdım" deyərək açıqlama verib:
"Uşaqlar, mən təzəcə yuxudan oyandım və nə baş verdiyini anlamağa çalışıram. İlkin məlumata görə, böyük bir OM investorunun birjada mövqeyi bağlanıb. Biz hələ də məsələni aydınlaşdırırıq, lakin biz buradayıq və problemi həll etmək üzərində işləyirik. Anladığım qədər birjada böyük bir investorun əməliyyatı məcburi qaydada ləğv edilib. Hazırda birjanın adını çəkməyəcəm, çünki biz hələ də onların niyə belə etdiklərini anlamağa çalışırıq. Amma onlar böyük bir mövqeni tamamilə bağlayıblar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
11 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























