FED-in iclasında 1993-cü ildən bəri bir ilk
FED faiz qərarını açıqlayıb. Faizlərini dəyişdirməyərək 4,25% - 4,50% aralığında saxlayan FED, iqtisadiyyatda yavaşlama siqnalı verib, bu da Mərkəzi Bankın yaxın gələcəkdə faizlərini azalda biləcəinə işarədir. 1993-cü ildən bəri ilk dəfə 2 FED üzvü qərarın əleyhinə səs verib. Belə ki, FED son 5 iclasında uçot dərəcəsini dəyişməyib.ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) iyul iclasında gömrük vergisi (tarif) qeyri-müəyyənlikləri səbəbindən bazarın gözləntilərinə uyğun olaraq faiz dərəcələrində dəyişiklik etməyib.
Marja.az xəbər verir ki, FED iyul iclasında uçot dərəcəsini (faizlərini) dəyişməyərək 4,25% - 4,50% aralığında sabit saxlayıb. Bununla belə, ABŞ Mərkəzi Bankının İdarə Heyəıtinin üzvləri ABŞ iqtisadiyyatı ilə bağlı baxışlarını dəyişiblər, bu da onların borclanma xərclərini (faizləri) azaltmağa yaxınlaşdıqlarını göstərir.
Qərar 9 lehinə və 2 əleyhinə olmaqla qəbul edilib. FED üzvləri Mişel Bouman və Kristofer Uoller qərarın əleyhinə səs veriblər və bu, 1993-cü ildən bəri ilk dəfə iki FED üzvünün qərarın əleyhinə səs verdiyi iclasdır.
FED son 5 iclasında uçot dərəcəsini dəyişməyib.
FED-in yaydığı məlumatda bildirilir: "Xalis ixracdakı dalğalanmalar məlumatlara təsir etməyə davam etsə də, son göstəricilər ilin birinci yarısında iqtisadi fəallığın zəiflədiyini göstərir". FED daha əvvəl iqtisadiyyatın "sağlam templə" böyüdüyünü təsvir etmişdi.
Məlumatda işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı, əmək bazarının möhkəm olduğu və inflyasiyanın “bir qədər yüksək olaraq qaldığı” qeyd edilib.
İyun iclasında FED rəsmiləri ilin sonuna qədər faizlərin 2 dəfə azaldılmasının olacağını proqnozlaşdırmışdılar.
ABŞ prezidenti Donald Tramp FED sədri Cerom Paueli faiz dərəcələri ilə bağlı tez-tez tənqid edir. Tramp qərardan əvvəl açıqlama verərək, FED-in bu gün faizləri endirəcəyini gözləmədiyini bildirmişdi. “Mən eşitdim ki, FED sentyabrda faiz dərəcələrini azaldacaq”, – Tramp bildirib və əlavə edib: "Bu gün dərəcələri azaltsalar belə, Pauell həmişə çox gecdir."
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
13 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
13 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib


















