Çinin avtomobil istehsalçılarının Avropa bazarına qısa yolu
Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən mühüm Yaxın Şərq dəniz yollarında gəmilərə hücumlar başlanandan təxminən iki il sonra belə Çinin avtomobil istehsalçıları hələ də avtomobillərini Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə Avropaya göndərirlər.
Marja xəbər verir ki, bir çox başqa gəmi hələ də husilərin hücum təhdidlərinə görə Afrikanın ətrafından dolanmaq məcburiyyətində qalarkən, Çin istehsalçılarının avtomobillərini daşıyan gəmilər Qırmızı dəniz və Süveyş kanalından istifadə edirlər.
Digər avtomobil istehsalçıları isə Asiyadan avtomobil daşımalarını Afrikanın ətrafından keçən daha uzun və bahalı bir marşrutla həyata keçirməyə davam edirlər. Qırmızı dəniz və Süveyş kanalı üzərindən keçmək Asiya-Avropa səfərlərində Afrikanın ətrafından dolanmağa nisbətən 14-18 gün qənaət etməyə imkan verir. Bu isə yanacaq, heyət və gəmi xərclərinə qənaət etməklə, avtomobil başına bir neçə yüz dollar az xərc deməkdir. Afrikanın ətrafından keçmək isə gəmi sahibinin yanacaq xərclərini, ətraf mühitin çirklənməsini artırır və nəticədə yeni avtomobil alanların xərclərini yüksəldir.
Lloyd’s List Intelligence-ın analizinə görə, ötən ay Çin limanlarından Avropaya Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə azı 14 avtomobil daşıyıcı gəmi səfəri həyata keçirilib. İyun ayında da oxşar sayda səfər olub.
Bu səfərlər, husilərin keçən ay pilotsuz uçuş aparatları, qumbaralar və digər silahlar ilə iki yük gəmisini batırmasına baxmayaraq davam edib. Husilər, hücumlarının Qəzzada HƏMAS-a qarşı İsrailin apardığı müharibəyə qarşı fələstinlilər ilə həmrəylik məqsədi daşıdığını bildirib.
Əksər dənizçilik analitikləri hesab edir ki, Çin hökuməti İran və ya husilər ilə Çin gəmilərinin hədəf alınmaması barədə razılıq əldə edib. Veson Nautical adlı dənizçilik məlumat şirkətinin analiz üzrə direktoru Daniel Neş bildirib: “Çin, İranın dəstəklədiyi husi üsyançıları ilə masa arxasına oturaraq razılığa gəlmiş kimi görünür və gəmilərinin hədəf alınmayacağı deyilmişdir.”
Avropa İttifaqının keçən il Çindən gələn elektrikli avtomobillərə tətbiq etdiyi gömrük vergiləri bir avtomobil üçün minlərlə dollara çata bilir. Çinli avtomobil istehsalçılarının bu təhlükəli, lakin ucuz yolu seçməsi, qarşılaşdıqları əlavə xərcləri kompensasiya edərək rəqib şirkətlərlə rəqabət apara bilmələri baxımından da önəmlidir.
Çin Xarici İşlər Nazirliyi yazılı cavabında avtomobil daşıyan gəmilərindən bəhs etməyib, lakin “Qırmızı dənizdə vəziyyət gərginləşdikdən sonra Çin gərginliyin azaldılmasında fəal rol oynayır və Qırmızı dənizdə sülh və əmin-amanlığın təmin olunmasına töhfə verməyə davam edəcək” deyə bildirib.
Çin, İranın xam neft ixracatının demək olar ki, hamısını alır. Bu ixracat, İran iqtisadiyyatının 6%-ni təşkil edir və İran hökumətinin illik büdcəsinin yarısına bərabərdir. Çin rəsmiləri, İran neft ixracatına tətbiq edilən sanksiyaların Qərb tərəfindən təşkil olunduğunu, lakin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmədiyini, bu səbəbdən Çinin neft şirkətləri üçün keçərli olmadığını iddia edir.
Husilər 28 iyulda İsrail və ya İsrail limanları ilə hər hansı əlaqəsi olduğunu düşündükləri gəmilərə qarşı hücumları davam etdirəcəklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
18 d. əvvəl
Qızılın qiyməti son bir ildən artıq dövrün ən aşağı səviyyəsinə geriləyib
-
33 d. əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
1 saat əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
1 saat əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
1 saat əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Ən çox oxunanlar
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib




















