Neft sanksiya narahatlığı ilə bahalaşıb
Neft bazar ertəsi günü 1%-dən çox bahalaşaraq keçən həftəki itkilərinin bir hissəsini bərpa edib.
Marja xəbər verir ki, Ukraynaya gecə keçirilən hücumdan sonra Rusiya nefinə qarşı yeni sanksiyaların tətbiq olunma ehtimalı, OPEC+ tərəfindən planlaşdırılan istehsal artımının təsirini tarazlaşdırıb. Brent xam nefti 1,2% qalxaraq 66,30 dollara, ABŞ xam nefti (WTI) isə 1,2% artaraq 62,62 dollara çatıb.
Neft ötən cümə günü ABŞ-da açıqlanan zəif məşğulluq və neft ehtiyatları barədə məlumatlar səbəbindən 2%-dən çox düşmüşdü. Keçən həftə isə qiymətlər 3%-dən çox ucuzlaşmışdı.
OPEC+ bazar günü Oktyabrdan etibarən neft istehsalını daha da artırmaq barədə razılığa gəlib. Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün təzyiq göstərərkən, artım əvvəlki aylara nisbətən daha yavaş tempdə olacaq.
OPEC+, illərlə davam edən istehsal azaldılmalarından sonra apreldən bəri istehsalı artırır. Lakin yeni qərar, şimal yarımkürədə qış aylarında mümkün neft artıqlığı gözləntisi olduğu halda sürpriz sayılır.
OPEC+-ın səkkiz üzvü Oktyabrdan etibarən gündəlik istehsalı 137 min barrel artıracaq. Bu həcm, sentyabr və avqust aylarındakı təxminən 555 min barrel/gün, iyul və iyun aylarındakı 411 min barrel/gün artımlardan xeyli aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 d. əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
- 39 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
1 saat əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
1 saat əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
1 saat əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
2 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ən çox oxunanlar
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib


























