Qızıl yenə rekord qırdı - HƏR GÜN BAHALAŞIR
Qızılın unsiyasının qiyməti 4250 dolları keçib.Cümə axşamı qlobal birjalarda qızıl qiymətləri ardıcıl dördüncü ticarət günündə də tarixi zirvələrə (ən yüksək səviyyələrə) yüksəlib.
Marja.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı ) yaxın aylarda faiz endiriminə gedəcəyi ilə bağlı artan gözləntilər və ABŞ–Çin ticarət münasibətlərində yenidən gərginliyin yaranması, investorların "təhlükəsiz liman" aktivlərinə yönəlməsinə səbəb olub.
Qızılın unsiysının qiyməti 1,2% də artaraq 4252,59 dollar səviyyəsini görüb. Sonra qiymət bir qədər geriləyərək 4237,87 dollar/unsiya səviyyəsində qərarlaşıb. Qızılın qiyməti bu həftə indiyədək 5%-dən çox artaraq oktyabrın əvvəlindən davam edən "ralli" xəttini möhkəmləndirib. Qızıl 2025-ci ilin əvvəlindən indiyədək təxminən 60 faiz bahalaşıb.
Fed-in yumşaq pul siyasəti siqnalları qiymətləri dəstəkləyir
Oktyabr ayında FED-in faizlərini 25 baza bəndi aşağı salacağı gözlənilir. Dekabr ayında isə əlavə bir endirim gözlənilir. Bu gözləntilər Fed sədri Cerom Pauellin yumşaq tonlu çıxışlarından sonra güclənib.
Çərşənbə günü yayımlanan Fed-in “Beige Book” hesabatı göstərib ki, ABŞ-nin iqtisadi aktivliyi son həftələrdə əhəmiyyətli dəyişiklik göstərməyib. Bizneslər zəifləyən tələbatdan və davam edən xərc təzyiqlərindən bəhs ediblər. Əmək bazarında ilkin "soyuma" əlamətləri də diqqət çəkib. Bu mənzərə FED-in iqtisadi artımı dəstəkləmək üçün əlavə addımlar ata biləcəyi gözləntilərini artırıb və nəticədə qızıla tələbi gücləndirib.
ABŞ–Çin gərginliyi və hökumət bağlanması
Qızılın qiymət artımını dəstəkləyən əsas amillərdən biri də ABŞ–Çin ticarət gərginliyinin yenidən alovlanmasıdır. Vaşinqton Çin istehsalı mallara yeni tariflər tətbiq etməklə hədələyib, Pekin isə nadir torpaq elementlərinin ixracına əlavə məhdudiyyətlər qoyub. Bu vəziyyət genişmiqyaslı ticarət münaqişəsi qorxularını artıraraq investorları yenidən təhlükəsiz aktivlərə yönəldib.
Eyni zamanda, artıq üçüncü həftəsinə daxil olan ABŞ hökumətinin qismən bağlanması da qeyri-müəyyənliyi artırıb. Büdcə üzrə razılaşmanın olmaması iqtisadi göstəricilərin açıqlanmasını gecikdirib və Vaşinqtonda fiskal idarəetmə ilə bağlı narahatlıqları gücləndirib.
ANZ: Qızılın qiyməti 2025-ci ilin sonunadək 4400 dollara çata bilər
ANZ bankının analitiklərinin proqnozuna görə, artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, eləcə də Fed-in yumşaq pul siyasəti fonunda qızıl qiymətləri yüksəliş tendensiyasını qoruyacaq.
“1980-ci illərin qiymət zirvəsi ilə müqayisələr aparılsa da, indiki artım struktur amillərlə dəstəklənir və yüksək qiymətlərin uzunmüddətli davam edəcəyini göstərir,” – ANZ analitikləri bildiriblər.
Bankın proqnozuna əsasən, qızılın qiyməti 2025-ci ilin sonunadək 4400 dollar/unsiya, 2026-cı ilin iyununda isə 4 600 dollar səviyyəsinə yüksələcək. Daha sonra ilin ikinci yarısında qiymətlərin qismən geri çəkilməsi gözlənilir.
Digər metallar
Digər qiymətli və sənaye metallarının qiymətləri cümə axşamı dolların zəifləməsinə baxmayaraq dar diapazonda hərəkət edib: Gümüş 0,3% bahalaşaraq 53,13 dollar/unsiya olub. Bu, həftənin əvvəlində qeydə alınan 53,6 dollarlıq tarixi maksimuma yaxındır.
Gümüş fyuçersləri 1%-dən çox yüksəlib. Analitiklərə görə, qızılın "rallisini" qaçıran bəzi investorlar indi alternativ olaraq gümüşə yönəlirlər.
Platin fyuçersləri 1 698,0 dollar/unsiya səviyyəsində dəyişməyib.
London Metal Birjasında mis fyuçersləri 10 616,20 dollar/ton səviyyəsində sabit qalıb, ABŞ mis fyuçersləri isə 0,2% artaraq 4,98 dollar/funt olub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb





















