Samsung mənfəətini ikiqat artırıb
Samsung Electronics cümə axşamı günü maliyyə nəticələrini açıqlayaraq əvvəlki rüblə müqayisədə əməliyyat mənfəətinin iki dəfədən çox artdığını bildirib.
Marja xəbər verir ki, bu artım əsasən süni intellekt serverlərindən gələn güclü yaddaş çipi tələbi ilə bağlı olub.
Samsung-un üçüncü rüb nəticələri (LSEG SmartEstimate proqnozu ilə müqayisədə):
Gəlir: 86,1 trilyon Koreya vonu (60,5 milyard ABŞ dolları) — proqnoz: 85,93 trilyon von
Əməliyyat mənfəəti: 12,2 trilyon von — proqnoz: 11,25 trilyon von
Cənubi Koreyanın texnologiya nəhənginin rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 8,85% artıb, əməliyyat mənfəəti isə 32,9% yüksəlib.
Asiyada səhmlərin erkən ticarət sessiyasında Samsung-un səhmləri təxminən 4% bahalaşıb.
Bu göstəricilər şirkətin 2-ci rübdəki zəif nəticələrindən sonra gələn bərpa mərhələsini əks etdirir. O zaman Samsung-un çip biznesindəki dərin durğunluq mənfəətə ciddi təsir etmişdi. İndi isə əməliyyat mənfəəti əvvəlki rüblə müqayisədə 160%, gəlir isə 15,5% artıb.
Samsung Electronics — Cənubi Koreyanın bazar kapitallaşmasına görə ən böyük şirkəti — yaddaş çipləri, yarımkeçiricilərin və smartfonların aparıcı istehsalçısıdır.
Çip biznesində güclü artım
Şirkətin çip bölməsi iyun rübü ilə müqayisədə satışlarda 19% artım göstərib. Süni intellekt tələbi sayəsində yaddaş biznesində rüblük satışlar tarixdə ilk dəfə rekord səviyyəyə çatıb.
Çip gəliri: 33,1 trilyon Koreya vonu — ötən ildən 13% çox
Əməliyyat mənfəəti: 7,0 trilyon von — ötən ildən 81% çox
Yaddaş, yarımkeçirici və istehsal bölmələrini birləşdirən bu struktur (Device Solutions division) əlverişli qiymət mühiti və yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinin genişlənən satışı sayəsində rekord göstəricilər əldə edib.
HBM çipləri süni intellekt hesablama sistemlərində istifadə olunur. Samsung bu sahədə rəqibi SK Hynix-dən bir qədər geri qalmışdı, çünki Nvidia ilə əsas müqavilələri əldə etməkdə gecikmişdi. Lakin şirkət ötən ay Nvidia-nın qabaqcıl HBM çipi üçün keçirdiyi keyfiyyət sınaqlarını müvəffəqiyyətlə keçib.
Counterpoint Research-in hesabatına görə, Samsung bu ilin üçüncü rübündə yaddaş bazarında SK Hynix-i geridə qoyaraq yenidən liderliyə yüksəlib.
Tədqiqat direktoru MS Hwang CNBC-yə bildirib ki, Samsung-un bu nəticələri ümumi “yaddaş bazarında yüksəliş dalğası” və yaddaş çiplərinin qiymət artımı ilə bağlıdır.
Gələcək planlar
Samsung 2026-cı ilə qədər yaddaş biznesində növbəti nəsil HBM4 texnologiyasının kütləvi istehsalına fokuslanacağını açıqlayıb.
Smartfon bölməsi
Samsung-un smartfon, planşet, ağıllı saat və digər qurğuların hazırlanması və satışı ilə məşğul olan bölmələri satış və mənfəətdə artım qeydə alıb.
Şirkət üçüncü rübdə bu bölmədən 3,6 trilyon Koreya vonu əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 28% çoxdur.
Samsung-un bildirdiyinə görə, mənfəətin artımına əsas səbəb flqman smartfon modellərinin güclü satışı, o cümlədən Galaxy Z Fold7 cihazının bazara çıxarılması olub.
Şirkət proqnozlaşdırır ki, süni intellekt sənayesindəki sürətli artım, cari rübdə həm cihazlar, həm də çip biznesləri üçün yeni bazar imkanları yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 5 d. əvvəl
- 22 d. əvvəl
-
37 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
40 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
43 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
45 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Ən çox oxunanlar
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib






















