Bitcoin-in qiyməti 100 min dollardan aşağı düşüb
Bitcoin-in qiyməti iyun ayından bəri ilk dəfə olaraq 100 min dollardan aşağı düşüb və 6 oktyabrda çatdığı 126 min 200 dollarlıq son rekord səviyyədən təxminən 21% ucuzlaşıb.
Marja xəbər verir ki, kriptovalyuta çərşənbə axşamı günü 6,5%-ə qədər ucuzlaşma ilə 99 min 963 dollara enib. Bu, iyun ayından bəri ilk dəfə 100 min dollar həddinin altına düşməsi deməkdir və təxminən bir ay əvvəlki rekord səviyyədən 20%-dən çox geriləmə qeydə alınıb.
Bu ucuzlaşma, oktyabrın ortalarında baş verən kəskin likvidasiya dalğasından sonra yaşanıb. Həmin dalğa nəticəsində investorlar bazardan kənarda qalıb və Bitcoin fyuçerslərinə olan maraq, çökmə öncəsi səviyyələrdən xeyli aşağı düşüb.
Bitcoin-in dəyərinin azalması, opsion investorlarının daha çox eniş riskinə qarşı mövqelərini qorumağa çalışması, eləcə də birja investisiya fondlarından çıxışlar və potensial satış təzyiqləri ilə üzləşməsi fonunda, yüksələn texnoloji səhmlərdəki geriləməni də əks etdirir.
Analitiklər bildirirlər ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı ehtiyatlı davranır. Onların sözlərinə görə, xüsusən Asiya bazarlarında yüksək qiymətləndirmələr və mümkün korreksiya ilə bağlı xəbərdarlıqlar getdikcə daha çox səsləndirilir.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum-un qiyməti də təxminən 10,6% azalaraq 3 min 210 dollar səviyyəsinə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 23 d. əvvəl
-
38 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
41 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
44 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
46 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Ən çox oxunanlar
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib























