Bakıda yeni Çin maşını zavod endirimi ilə satışa çıxarılır – QİYMƏT
Bakıda yeni Çin avtomobilinin satışına başlanılır. Söhbət yeni “Changan Alsvin V7” modelindən gedir.
Çin avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Sirena Motors” şirkətindən verilən məlumata görə, “Alsvin V7” modelinin rəsmi təqdimat mərasimi sentyabr ayının 20-də “Sirena Motors”un Gəncə şəhərində yerləşən sərgi satış salonunda baş tutacaq. Həmin günü, həm də "Sirena Motors"un Gəncə sərgi satış salonunun rəsmi açılış mərasimi olacaq.
“Alsvin V7” 125 at gücündə 1.6 l mühərriklə təhciz edilib. Sedan 100 km məsafəyə 7 litr yanacaq sərf edir. Avtomat transmissiyalı avtomobil Avro 4 standartlarına uyğundur.
Təhcizatına gəlincə, avtomobilin 2 hava yastığı,EBD+ABS sistemi,elektrikli şüşəqaldıranları, yan güzgülərin elektrik tənzimlənməsi,mərkəzi kilid sistemi, kondisioner, bort kompyuter, muman əleyhinə faraları, xrom paket, yüngül lehimli diskləri, Radio,CD,MP3, və sükan çarxında audio kontrol sistemi var.
Avtomobilin qiyməti 24800 manat təşkil edir. İlk 20 avtomobil isə zavod endirimi ilə 22 800 manata təklif edilir.

© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
1 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 11 saat əvvəl
-
12 saat əvvəl
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
- 12 saat əvvəl
-
1 gün əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
1 gün əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
1 gün əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
1 gün əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
-
1 gün əvvəl
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı



























