Kalshi-nin bazar dəyəri 11 milyard dollara çatıb
Kalshi, 1 milyard dollarlıq investisiya raundunu tamamlayaraq cəmi iki ay ərzində dəyərini ikiqat artırıb və 11 milyard dollarlıq qiymətə çatıb. Kalshi-nin 29 yaşlı həmtəsisçisi Luana Lopes Lara, Forbes-un sərvətini özü qazanmış ən gənc qadın milyarderlər siyahısında zirvəyə yüksəlib.Gələcək hadisələrə mərc etməyə imkan verən proqnoz platforması Kalshi, 1 milyard dollarlıq investisiya raundunu tamamlayaraq dəyərini 11 milyard dollara yüksəldib.
Marja xəbər verir ki, platforma yalnız iki ay ərzində dəyərini ikiqat artırmışdır.
İnvestisiya raunduna Paradigm rəhbərlik edib və Sequoia Capital, Andreessen Horowitz, Capital G kimi digər nəhəng fonlar da iştirak edib. Bu maliyyələşmə raundu, Kalshi-nin cəmi iki aydan az əvvəl 5 milyard dollar dəyərləmə ilə 300 milyon dollar topladığını açıqlamasından sonra baş tutub.
Risk proqnoz platformasından istifadə edən şirkətlərin sayı artır
Risk proqnozu platforması, 2024-cü il ABŞ prezident seçkilərinin nəticələrini təxmin etmək üçün geniş istifadə olunduğu dövrdə populyarlıq qazansa da, The New York Times qəzetinin məlumatına görə, Kalshi-də olan əməliyyatların böyük hissəsi əslində idmanla bağlıdır.
Hökumətin bağlanması və ya əlverişsiz hava dəyişiklikləri kimi müəyyən risklərə qarşı qorunmaq məqsədilə Kalshi-dən istifadə edən müxtəlif şirkətlərin platformanın gələcəkdəki dəyər artımını dəstəkləyəcəyi gözlənilir. Kalshi istifadəçilərə seçki nəticələri, faiz dərəcəsi dəyişiklikləri, hətta məşhurların boşanmaları kimi real dünya hadisələrinin nəticələrinə əsaslanan, hadisə yönümlü kontraktlar vasitəsilə ticarət etməyə imkan verir.
Platforma 2020-ci ilin noyabrında Əmtəə Fyuçers Ticarəti üzrə Komissiya (CFTC) tərəfindən qeydiyyata alınaraq, proqnoz bazarlarında nadir rast gəlinən rəsmi tənzimlənmiş status qazanıb.
Kalshi-nin rəqibi Polymarket 15 milyard dollar dəyərləmə ilə investisiya raunduna çıxır
Bloomberg-in xəbərinə görə, Kalshi-nin əsas rəqibi Polymarket hazırda 12–15 milyard dollar arasında dəyərləmə ilə yeni maliyyələşmə raundu üzrə danışıqlar aparır.
Kalshi, ABŞ-da ən sürətlə böyüyən maliyyə platformalarından biri hesab olunur. Bildirilir ki, Kalshi yaxın vaxtlarda CNN ilə əməkdaşlıq elan etməyi planlaşdırır.
Kalshi-nin 29 yaşlı həmtəsisçisi Luana Lopes Lara Silikon Vadisindən başlamayıb. Braziliyada doğulan və MIT-in Kompüter Elmləri fakültəsinin məzunu olan Lopes Lara, 2019-cu ildə, eyni yaşda milyarder olan Tarek Mansour ilə birlikdə Kalshi-ni təsis edib. Lara, Forbes-un “sərvətini özü qazanmış ən gənc qadın milyarderlər” siyahısında zirvəni Scale AI-in həmtəsisçisi Lucy Guo-dan təhvil alıb. Guo bu titulu yaxın keçmişdə Taylor Swift-i geridə qoyaraq əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 6 d. əvvəl
-
21 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
24 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
27 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
29 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
Ən çox oxunanlar
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti























