Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Gümüşün qiyməti, təhlükəsiz limanlara tələbin artması və pərakəndə bazarlardakı intensiv alışların təsiri ilə 100 dolları keçərək rekord səviyyəni yeniləyib.
Marja xəbər verir ki, spot gümüş qiyməti (anlıq bazar qiyməti) cümə günü 4,3 faizə qədər artaraq 1 unsiya üçün 100,6 dollara yüksəlib.
Qiymətlərin 2025-ci ildə 2 dəfədən çox artmasından sonra, bu son bahalaşma birlikdə gümüşün cari ildəki ümumi bahalaşması 40 faizə yaxınlaşıb.
Qiymətli metallara investor tələbi, ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki ikinci müddətinin ilk ilində artan ticarət, geosiyasi və pul siyasətinə dair qeyri-müəyyənliklər səbəbindən güclənib.
Gümüşün bu həftəki yüksəlişi isə Vaşinqtonun avropalı müttəfiqləri ilə münasibətlərindəki ayrılıqlar və Ukraynadakı müharibəni sona çatdırmaq üçün edilən son cəhdlərin hələ nəticə verməməsi ilə sürətlənib.
Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı müzakirələr də tələbi artırıb. Trampın növbəti FED sədri ilə bağlı danışıqları tamamladığını açıqlaması, mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları yenidən gündəmə gətirərək qiymətli metalları dəstəkləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
6 d. əvvəl
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
-
9 d. əvvəl
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
-
12 d. əvvəl
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
-
14 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
1 saat əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
Ən çox oxunanlar
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"






















