AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı
(®) AccessBank pərakəndə kredit məhsullarını inkişaf etdirmək və müştərilərə daha geniş maliyyə imkanları təqdim etmək məqsədilə istehlak krediti üzrə şərtləri yeniləyib.
Belə ki, Nağd Kredit məhsulu üzrə maksimum kredit məbləği 40 000 AZN-dən 50 000 AZN-ə qədər artırılıb.
Məhsul üzrə minimum faiz dərəcəsi 9.5%, maksimum isə 24% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) 15%-dən başlayır və seçilən müddətə, kredit məbləğinə, eləcə də tətbiq olunan komissiyaya uyğun olaraq dəyişə bilər. Komissiya 0–3% aralığında müəyyən edilir, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.
Müştərilərin istəyinə uyğun olaraq kreditlə bərabər faizsiz kredit OK kartı da təqdim olunur ki, bu da gündəlik maliyyə ehtiyaclarının daha rahat qarşılanmasına imkan yaradır.
Müştərilər kredit imkanları ilə daha yaxından tanış olmaq və aylıq ödənişlərini əvvəlcədən hesablamaq üçün kredit kalkulyatorundan istifadə edə bilərlər. Bundan əlavə, onlayn müraciət vasitəsilə banka gəlmədən və vaxt itirmədən krediti rahat şəkildə əldə etmək mümkündür.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: Accessbank.filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
6 d. əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
14 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
14 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib























