Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair aylıq təhlillərin əhatə dairəsini genişləndirib.
Marja xəbər verir ki, ki, ilk dəfə olaraq mobil operatorlar üzrə median internet sürəti göstəricilərini əks etdirən ayrıca hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Yeni hesabatda mobil internet göstəriciləri iqtisadi rayonlar üzrə də təqdim edilir. Təhlillər müasir mobil cihazlar (Modern Chipsets) filtri əsasında formalaşdırılıb və istifadəçi təcrübəsinin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
Hesabata görə, ən yüksək sürətli mobil internet Azercell-dədir - 111.4 Mbps. İkinci yerdə Bakcel (81.3 Mbps), 3-cü yerdə isə Nar qərarlaşıb (75.4 Mbs).
Daha ətraflı buradan tanış ola bilərsiniz.
İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı da ilk dəfə regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunub.
Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq və bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.
Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Bununla da İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumat əsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.
Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:
- sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;
- mobil internet xidmətləri üzrə median sürət təhlili;
- internet xidmətləri üzrə şikayət indeksi;
- operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;
- poçt xidmətləri üzrə şikayət indeksi;
- poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.
Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumat əsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
21 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 44 d. əvvəl
-
52 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
Ən çox oxunanlar
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi

























