Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
(®) Rolls-Royce Motor Cars Baku 2 iyun 2026-cı il tarixində xüsusi bir tədbirə ev sahibliyi etdi. Goodwood-da yerləşən Rolls-Royce-un əsas məkanından gələn azsaylı müstəsna sənətkarlardan biri öz sənəti haqqında məlumat verdi və Rolls-Royce avtomobilini seçim siyahısından kənarda fərdiləşdirmək və özünəməxsuslaşdırmaq üçün mövcud olan unikal imkanları nümayiş etdirdi.
Bespoke müştərinin baş dayağına tikilmiş baş hərflərindən, unikal rənglərdən, xüsusiyyətlərdən və bütöv mövzulardan ibarət ola bilər – hər bir müştəri sifarişi həyatda baş verən əlamətdar hadisələri və anları, məkanları və insanları əks etdirir. Bu baxımdan Rolls-Royce boş bir kətandır və bu da sifariş prosesini müştəri üçün mənalı edir.
Goodwood-dan olan İnteryer Səthləri üzrə mütəxəssis İlayda Özaltan öz sənətini və müştərilərin arzularını reallığa çevirmək üçün tələb olunan yaradıcılığı təqdim etdi. Onun iştirak etdiyi ən son şah əsərlərdən biri 2025-ci ildə təqdim olunan Phantom Centenary Collection olmuşdur.
Bespoke dizayn komandası avtomobilin zəngin tarixini araşdırmaq üçün bir ildən çox vaxt sərf edib və onun əfsanəsini formalaşdıran hekayələri üzə çıxarıb. Araşdırma nəticəsində Phantom-un inkişaf yolunda həlledici anları əks etdirən 77 motiv müəyyən edilib.
Phantom Centenary bu günə qədər ən mürəkkəb və texnoloji baxımdan ən iddialı Private Collection-dır. O, üç il ərzində hazırlanıb və Bespoke kollektivinin 40.000 saatdan artıq birgə əməyinin nəticəsidir. Bu layihədə metal, ağac, boya, parça, dəri və tikmələri birləşdirmək üçün yeni texnikalardan istifadə olunub.
Özaltan şourumda nümayiş etdirilən ən mürəkkəb Rolls-Royce ağac işlərinin yaradılmasına rəhbərlik edib və həmçinin üç Rolls-Royce “ilk”ini təqdim edib: 3D marquetry, 3D mürəkkəb laylama (ink layering) və 24 karat qızıl yarpaq tətbiqi.
Bespoke Proqramı Rolls-Royce Motor Cars Baku-nun biznesi üçün əsasdır, regionda müştərilərə təhvil verilən bütün avtomobillər hansısa Bespoke xüsusiyyətinə malikdir. Proqramın cəlbediciliyi bu ilin əvvəlində dilerə “European Bespoke Dealer of the Year” mükafatının verilməsi ilə də öz əksini tapıb. Bu mükafat Avropa regionunda (Birləşmiş Krallıq, Avropa və Mərkəzi Asiya regionu) 23 Rolls-Royce dileri arasında əldə olunan diqqətəlayiq biznes göstəricilərinə görə təqdim olunub.
Improtex Motors-un vitse-prezidenti Vüqar Ələkbərov tədbir zamanı bildirib: “Bu ilin əvvəlində komandamızın ‘European Bespoke Dealer 2025’ mükafatına layiq görülməsindən son dərəcə qürur duyuram. Bu, fərdiləşdirmə və şəxsi yanaşmanın dəyərli müştərilərimiz üçün əsas olduğunu vurğulayır. Biznesimizin hər zaman eksklüziv, 'Rolls-Royce' avtomobillərinin isə çox nadir qalması fəlsəfəmizin əsasını təşkil edir.”
Frank Tiemann, Rolls-Royce Motor Cars şirkətinin Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar direktoru, tədbirdə vurğuladı: “Hər bir Bespoke avtomobil öz sahibinin baxışının unikal ifadəsidir və bununla da Rolls-Royce sahibliyinin açdığı müstəsna və yüksək dərəcədə fərdiləşdirilmiş təcrübədən zövq alır,” və əlavə etdi: “bu gün burada təkcə bizim nə yaratdığımızı deyil, həm də bunu necə yaratdığımızı paylaşmaq üçün xüsusi bir fürsətdir.”
Bakıda keçirilən tədbirdən sonra bənzər Bespoke təqdimat Daşkənd şəhərində də təşkil edildi. Bu tədbir də Rolls-Royce Motor Cars Baku tərəfindən ev sahibliyi olundu və dilerin Transqafqaziya və Mərkəzi Asiya üzrə müştərilərlə güclü əlaqələri daha da gücləndirmək və qorumaq öhdəliyini vurğuladı.
Rolls-Royce-un fundamental biznes fəlsəfəsi fərdi və mənalı müştəri təcrübələrinə əsaslanır. Bir lüks brend kimi onun məqsədi müştərilərin gözləntilərini qarşılamaq və onları aşmaqdır – sadəcə “dünyanın ən yaxşı avtomobilini” deyil, həm də sahibinin şəxsiyyətini ən yaxşı əks etdirən avtomobili yaratmaqdır.
Rolls-Royce Motor Cars Baku
Ünvan: Ə.Əlizadə küçəsi 5
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
8 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
8 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















