Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Şahin Bağırovdan etiraf: Tənqidlər təhlil olunur, sistem dəyişdirilir. Gömrükdə yüksəliş artıq tanışlıqla yox, müsabiqə ilədir — DGK sədri açıqladıDövlət Gömrük Komitəsində vətəndaşlar və sahibkarlarla birbaşa təmasların azaldılması, xidmətlərin rəqəmsallaşdırılması və əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, gömrük sistemində şəffaflığın artırılması əsas prioritetlərdən biridir. Şahin Bağırov qeyd edib ki, şəffaflıq səviyyəsi yüksəldikcə prosedurlar sadələşir, əməliyyatların effektivliyi artır və vətəndaşlarla sahibkarlar üçün daha rahat xidmət mühiti formalaşır.
“Şəffaflıq nə qədər yüksək olsa, prosedurlar bir o qədər asan olar, əməliyyat səviyyəsi də bir o qədər artar. Çünki bu məsələlər bir-biri ilə bağlıdır. Bizim əsas işimiz məhz bundan ibarətdir”, - deyə DGK sədri bildirib.
Şahin Bağırov bildirib ki, gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirilən irad və tənqidi yanaşmalar təhlil olunur. Onun sözlərinə görə, bu məsələlər həm daxili görüşlərdə, həm də təlimlərdə müzakirə edilir və gömrük əməkdaşlarının davranış səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür.
DGK sədri vurğulayıb ki, şəffaflığın təmin olunması üçün əsas istiqamətlərdən biri insan təmasının minimuma endirilməsidir. Bu məqsədlə gömrük xidmətlərinin rəqəmsallaşdırılması genişləndirilir.
Şahin Bağırovun sözlərinə görə, son iki ildə gömrük orqanları tərəfindən göstərilən xidmətlərin sayı 20 xidmət növü artaraq 36-ya çatıb.
O əlavə edib ki, bu dövrdə gömrük xidmətlərindən istifadə sayı 40 faiz artıb. Ümumilikdə, gömrük xidmətlərinin təqdim etdiyi elektron xidmətlərdən 37 milyona yaxın istifadə qeydə alınıb.
“Bu xidmətlərin hər biri təmassız əsasda formalaşır. Rəsmiləşdirmə qaydaları gömrük orqanlarına gəlmədən, məsafədən sənədlərin və bəyannamələrin təqdim olunması, cavabın da elektron qaydada alınması üzərində qurulur. Bu, təmasları kifayət qədər minimallaşdırır və yarana biləcək mənfi halların qarşısını alır”, - deyə Komitə sədri qeyd edib.
Şahin Bağırov bildirib ki, rəqəmsallaşma DGK-nın ən prioritet istiqamətlərindən biridir. Bununla yanaşı, gömrük əməkdaşlarının vətəndaşlarla təmaslarının nəzarətdə saxlanılması üçün əlavə mexanizmlər də tətbiq olunur.
Onun sözlərinə görə, bu məqsədlə gömrük əməkdaşlarının fəaliyyətində qaynar xətt vasitəsilə müraciətlərin araşdırılması, elektron mühitdə proseslərin izlənilməsi və yaxa kameralarından istifadə mühüm rol oynayır.
DGK sədri qeyd edib ki, yaxa kameralarının tətbiqində əsas məqsəd vətəndaşlarla münasibətlərin lazımi səviyyədə təşkil olunmasına nəzarəti gücləndirməkdir.
Şahin Bağırov bildirib ki, gömrük əməkdaşları etik davranış qaydalarına riayət edilməsi, dürüstlük amilinin gücləndirilməsi və fərdi keyfiyyətlərin inkişafı üzrə müxtəlif təlim və proqramlara cəlb olunurlar.
O əlavə edib ki, Dövlət Gömrük Komitəsində karyera yüksəlişi də müsabiqə əsasında həyata keçirilir.
“Gömrük sistemində karyera inkişafı mütləq qaydada müsabiqələr əsasında olur. Bu, gömrük orqanlarında tətbiq olunan birmənalı mexanizmdir. Hər hansı daha yüksək pilləyə yüksəlmək üçün əməkdaş mütləq gömrük xidmətində təşkil olunan müsabiqələrdən keçməlidir. Uğurlu nəticə əldə etdikdən sonra növbəti mərhələdə uyğun vəzifələrə təyin olunur”, - deyə Şahin Bağırov bildirib.
Komitə sədrinin sözlərinə görə, bütün bu tədbirlər vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə, gömrük sisteminin inkişafına və kollektiv idarəetmənin daha səmərəli qurulmasına xidmət edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Şahin Bağırovun açıqlamasından görünür ki, DGK şəffaflığın artırılmasını yalnız daxili nəzarət və intizam tədbirləri ilə məhdudlaşdırmır. Əsas xətt insan təmasının azaldılması, xidmətlərin elektronlaşdırılması və proseslərin izlənə bilən formata keçirilməsidir. Bu yanaşma gömrük sistemində korrupsiya risklərinin azaldılması baxımından vacibdir. Çünki vətəndaş və ya sahibkarla gömrük əməkdaşı arasında birbaşa təmas azaldıqca qeyri-rəsmi müdaxilə, subyektiv qərar və əlavə tələb riski də azalır.
Digər mühüm məqam karyera yüksəlişinin müsabiqə əsasında qurulmasıdır. Bu mexanizm düzgün işlədiyi halda sistem daxilində meritokratiyanı gücləndirə, peşəkar və etik davranışa əsaslanan idarəetmə modelini möhkəmləndirə bilər.
36 elektron xidmət və 37 milyona yaxın istifadə göstəricisi isə gömrük xidmətlərinə tələbatın artıq əsasən rəqəmsal kanallara yönəldiyini göstərir. Bu, həm sahibkarlar üçün vaxt itkisini azaldır, həm də Komitəyə xidmət keyfiyyətini ölçmək və nəzarətdə saxlamaq imkanı verir.
© DGK sədri Şahin Bağırovun "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsindən
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür












.jpg)












