Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
Çinin yeni enerji avtomobilləri sahəsində aparıcı brendlərindən biri olan BYD Azərbaycanda rəsmi fəaliyyətə başlayıb. Brendin təqdimat mərasimi Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib. Təqdimat BYD-nin Azərbaycanda rəsmi dilerləri "Group Motors" və "Sarda Auto" şirkətləri tərəfindən təşkil edilmişdi.
Marja.az-ın məlumatına görə, BYD-nin Mərkəzi Asiya və Qafqaz üzrə Satışdan Sonrakı Xidmət Direktoru Çarli Çen isə Azərbaycanda satış və satış sonrası xidmət ekosisteminin qurulması barədə məlumat verib. Onun sözlərinə görə, müştəri etimadı yalnız avtomobilin texnologiyası və keyfiyyəti ilə deyil, həm də peşəkar servis və uzunmüddətli dəstək sistemi ilə formalaşır.
"Müştərilər üçün etibar yalnız texnologiya və məhsul keyfiyyəti ilə formalaşmır. Etibar həm də güclü, təhlükəsiz və dayanıqlı satış sonrası xidmət sistemi ilə möhkəmlənir. Bu gün mən BYD-nin Azərbaycanda etibarlı və uzunmüddətli xidmət ekosistemini necə qurduğunu sizinlə bölüşmək istəyirəm.
BYD üçün əsas öhdəliklərdən biri müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdir. Biz inanırıq ki, güclü brend yalnız yaxşı avtomobillərlə deyil, həm də müştərinin bütün istifadə dövrü boyunca yanında olan peşəkar xidmət infrastrukturu ilə formalaşır.
Bu istiqamətdə ilk mühüm addım BYD-nin rəsmi satış və xidmət şəbəkəsinin yaradılmasıdır. İlk rəsmi BYD şourumu şirkətin qlobal xidmət standartlarına uyğun şəkildə fəaliyyət göstərəcək. Bu məkan müştərilərə müasir, rahat və brendin ruhunu əks etdirən təcrübə təqdim edəcək. Əlverişli yerləşməsi sayəsində Azərbaycandan və ətraf bölgələrdən olan müştərilər BYD avtomobilləri ilə yaxından tanış ola, test yürüşü edə və avtomobilləri rahat şəkildə əldə edə biləcəklər.
İkinci rəsmi diler mərkəzi isə hazırda inkişaf mərhələsindədir və yaxın zamanda istifadəyə veriləcək. Bu yeni flaqman şourum müasir müştəri təcrübəsi mərkəzi kimi fəaliyyət göstərəcək. Burada müştərilərə rahatlıq, texnologiya, peşəkar məsləhət xidməti və hərtərəfli satış sonrası dəstək təqdim olunacaq. Bu iki məkan birlikdə BYD-nin Azərbaycanda geniş və kompleks satış-xidmət şəbəkəsinin əsasını formalaşdıracaq. Məqsədimiz premium elektrik mobilliyini müştərilərə daha yaxın və daha əlçatan etməkdir",- Çarli Çen deyib və çıxışına belə davam edib:
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"BYD-də biz hesab edirik ki, avtomobilin alınması müştəri səyahətinin yalnız başlanğıcıdır. Buna görə də hər iki diler mərkəzi peşəkar satış və satış sonrası xidmətlər göstərməyə hazır olacaq. Müştərilər avtomobilin seçimi və alınmasından tutmuş texniki xidmət, təmir və ehtiyat hissələrinin təminatına qədər tam “bir pəncərə” prinsipi əsasında xidmət ala biləcəklər.
Hər bir servis texniki əməkdaşı BYD tərəfindən geniş peşəkar təlimlərdən keçir və sertifikatlaşdırılır. Bu isə müştərilərimiz üçün daha etibarlı, rahat və keyfiyyətli xidmət təcrübəsini təmin edir. Komandamız avtomobilə sahiblik dövrünün bütün mərhələlərində müştərilərə diqqətli, etibarlı və peşəkar xidmət göstərməyə hazırdır."
BYD-nin Mərkəzi Asiya və Qafqaz üzrə Satışdan Sonrakı Xidmət Direktoru bildirirb ki, müştəri etimadını daha da gücləndirmək üçün BYD Azərbaycanda satılan bütün rəsmi avtomobillərə geniş zəmanət təminatı təqdim edir.
"Bu zəmanətə avtomobil üzrə 6 il və ya 100 min kilometr, batareya, elektrik mühərriki və elektrik idarəetmə blokları üzrə isə 8 il və ya 150 min kilometr zəmanət daxildir. Bu zəmanət BYD-nin texnologiyalarının keyfiyyətinə, etibarlılığına və davamlılığına olan inamını nümayiş etdirir. Bu gün yalnız başlanğıcdır. BYD Azərbaycanda inkişafını davam etdirdikcə, yerli xidmət imkanlarına və müştəri dəstəyi sistemlərinə investisiyaları da artıracaq".
Çarli Çen əlvə edib ki, yaxın gələcəkdə BYD xüsusi müştəri xidməti sistemi və regional ehtiyat hissələri anbarı yaratmağı planlaşdırır. Bu, ehtiyat hissələrinin əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq və xidmət müddətini azaldacaq.
"Eyni zamanda, diler tərəfdaşlarımız müştəri müraciətlərinin operativ cavablandırılması üçün xüsusi çağrı mərkəzi və xidmət kanalları ilə fəaliyyət göstərəcəklər. Məqsədimiz hər bir müştərinin səsinin eşidilməsini təmin etməkdir. Sizin dəyərli rəyləriniz, təklifləriniz və hətta şikayətləriniz bizim üçün çox önəmlidir. Çünki bütün bu geribildirimlər xidmət keyfiyyətimizi davamlı olaraq yaxşılaşdırmağa kömək edəcək".
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
18 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
2 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
3 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















