Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
“Azər-Türk Bank”ın kapitalına Oman fondu daxil ola bilər – Yeni səhmlərin emissiyası planlaşdırılır“Azər-Türk Bank” ASC-nin nizamnamə kapitalına xarici investorun cəlb edilməsi imkanları nəzərdən keçirilir. Potensial investisiyanın bankın əlavə səhm emissiyası vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Marja.az xəbər verir ki, bu barədə “Azər-Türk Bank” ASC-nin açıqladığı insayd məlumatında bildirilir.
Məlumata görə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi ilə Oman İnvestisiya Təşkilatı arasında “Azər-Türk Bank” ASC-yə potensial investisiya ilə bağlı əsas şərtləri müəyyən edən hüquqi öhdəlik yaratmayan Şərtlər Toplusu (Term Sheet) imzalanıb.
Oman-Azərbaycan Birgə İnvestisiya Fondu bankda pay almağı nəzərdən keçirəcək
Sənədə əsasən, Oman İnvestisiya Təşkilatının (OIA) Azərbaycan-Oman Birgə İnvestisiya Fondu vasitəsilə “Azər-Türk Bank”ın kapitalında strateji, lakin nəzarət hüququ verməyən pay əldə etməsi imkanına baxılacaq. Bu o deməkdir ki, söhbət bank üzərində nəzarətin investora keçməsindən deyil, bankın kapitalına yeni investorun daxil olması ehtimalından gedir.
İnvestisiya əlavə səhm emissiyası ilə həyata keçirilə bilər
Açıqlamada ən mühüm məqamlardan biri potensial investisiyanın mexanizmidir. Bildirilib ki, investisiyanın “Azər-Türk Bank” tərəfindən əlavə səhmlərin emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır.
Əlavə səhm emissiyası baş tutarsa, investor yeni buraxılan səhmləri əldə etməklə banka birbaşa kapital yatırmış olacaq. Belə mexanizm mövcud səhmdarın səhmlərinin digər investora satılmasından fərqlənir: yeni emissiya nəticəsində cəlb edilən vəsait bankın öz kapitalına daxil olur.
Bu isə, investisiyanın həcmi və yekun şərtlərindən asılı olaraq, bankın kapital bazasının genişlənməsinə və maliyyə imkanlarının artmasına şərait yarada bilər.
Hələ yekun investisiya qərarı verilməyib
Bununla belə, açıqlanan sənəd yekun investisiya müqaviləsi deyil. Tərəflər hazırda potensial investisiyanın əsas şərtlərini müəyyən edən və hüquqi öhdəlik yaratmayan Term Sheet imzalayıblar. Buna görə də hazırkı mərhələdə Oman tərəfinin “Azər-Türk Bank”da konkret neçə faiz pay əldə edəcəyi, investisiyanın məbləği və əlavə səhm emissiyasının həcmi açıqlanmayıb.
Bankın insayd məlumatı 29 sentyabr 2026-cı il tarixlidir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
5 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
5 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
5 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
5 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
7 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























