Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
“AFB BANK” ASC İnformasiya texnologiyaları infrastrukturunun yenilənməsi və genişləndirilməsi məqsədilə Server, Storage, SAN Switch avadanlıqlarının və VMware virtualizasiya həllərinin satınalınması üzrə tenderdə iştirak etmək üçün müvafiq sahədə fəaliyyət göstərən şirkətləri tenderdə iştirak etməyə dəvət edir.
Tender çərçivəsində aşağıdakı məhsul və həllərin satınalınması nəzərdə tutulur:
- Server avadanlıqları: Dell Technologies
- Storage sistemləri: Dell Technologies, IBM və NetApp brendləri üzrə təkliflər qəbul ediləcək. Tenderin nəticələrinə əsasən göstərilən üç brenddən yalnız biri seçilərək satın alınacaq;
- SAN Switch: Dell Technologies;
- Virtualizasiya platforması: VMware by Broadcom.
Tender prosesi mərhələli şəkildə həyata keçiriləcək.
1-ci mərhələ – İştirakçıların ilkin qiymətləndirilməsi
Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin qiymətləndirmə məqsədilə aşağıdakı məlumat və sənədləri təqdim etməlidirlər:
- Şirkət haqqında ümumi məlumat;
- Hüquqi qeydiyyat sənədləri və VÖEN məlumatı;
- Vergi öhdəlikləri üzrə borcun olmamasını təsdiq edən qüvvədə olan arayış;
- Son 1–2 il üzrə maliyyə hesabatları və/və ya şirkətin maliyyə dövriyyəsi barədə arayış;
- Müvafiq sahə üzrə fəaliyyət və iş təcrübəsi barədə məlumat;
- Təklif ediləcək məhsullar üzrə istehsalçı, rəsmi distributor və/və ya partner statusunu təsdiq edən sənədlər;
- Server, Storage, SAN və virtualizasiya infrastrukturu üzrə həyata keçirilmiş oxşar layihələr barədə məlumat;
- Maliyyə və bank sektorunda həyata keçirilmiş oxşar layihələr üzrə referenslər;
- Müvafiq istehsalçı sertifikatlarına malik texniki mütəxəssislər barədə məlumat;
- Azərbaycanda texniki dəstək və servis imkanları barədə məlumat;
- Zəmanət və satışdan sonrakı xidmət imkanları;
- Şirkətin əlaqələndirici şəxsi və əlaqə məlumatları.
Storage həlləri üzrə müraciət edən şirkətlər təqdim etdikləri həllin Dell Technologies, IBM və ya NetApp brendlərindən hansına aid olduğunu, həmin brend üzrə partnerlik və ya avtorizasiya statusunu ayrıca göstərməlidirlər.
Bank təqdim olunmuş məlumat və sənədləri şirkətin hüquqi, maliyyə və texniki etibarlılığı, istehsalçı ilə tərəfdaşlıq səviyyəsi, müvafiq layihə təcrübəsi, sertifikatlı mütəxəssis heyəti və texniki dəstək imkanları baxımından qiymətləndirəcək.
İlkin qiymətləndirmədən uğurla keçmiş şirkətlər tenderin növbəti mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
2-ci mərhələ – Texniki və kommersiya təkliflərinin alınması
İlkin seçim mərhələsindən keçmiş şirkətlərə Bank tərəfindən ətraflı texniki tələblər, tələb olunan avadanlıq və lisenziyaların spesifikasiyası, xidmət və implementasiya tələbləri, habelə kommersiya təklifinin təqdim olunma qaydaları göndəriləcək.
Storage sistemi üzrə texniki və kommersiya təklifləri Dell Technologies, IBM və NetApp brendləri üzrə qəbul ediləcək və aparılan qiymətləndirmənin nəticəsinə əsasən Bank tərəfindən həmin üç brenddən yalnız birinin həlli seçiləcək.
Seçilmiş iştirakçılar təqdim edilmiş texniki tələblərə uyğun olaraq texniki və kommersiya təkliflərini təqdim etməli olacaqlar.
Bank tender prosesi çərçivəsində iştirakçılardan əlavə məlumat və sənədlər tələb etmək, təqdim edilmiş məlumatların düzgünlüyünü müvafiq dövlət qurumları, istehsalçılar, distributorlar və digər mənbələr vasitəsilə yoxlamaq hüququnu özündə saxlayır.
Tenderdə iştirak etmək istəyən şirkətlər tələb olunan məlumat və sənədləri 16 oktyabr 2026-cı il saat 18:00 tarixinədək bankın Baş Ofisinə (Bakı şəhəri,Yasamal rayonu, N.Nərimanov pr.206.466 ) möhürlənmiş zərfdə göndərməlidir.
Müraciətin mövzusu:
“Server, Storage, SAN Switch və VMware həllərinin satınalınması üzrə tenderdə iştirak”
Əlavə məlumat üçün:
Əlaqələndirici şəxs: Vüsal Mehdiyev
Telefon: +994502901066
E-mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























