Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib və Şəxsi Kabinet yenilənib. İcbari avtomobil sığortasında yenilik — nə qədər ödəyəcəyinizi onlayn hesablayın. Sığorta haqqının niyə bu qədər olduğu artıq görünəcək.İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətində tədbirləri davam etdirir.
Bu çərçivədə İSB tərəfindən “Sığorta haqqını hesabla” yeni rəqəmsal funksionallığı istifadəyə verilib. Funksionallıq vətəndaşlara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejiminə uyğun olaraq onlayn hesablamaq imkanı yaradır.
Yeni xidmət vasitəsilə vətəndaşlar mülkiyyətində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını əvvəlcədən hesablaya və məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə edə bilərlər.
Funksionallıq İSB-nin www.isb.az rəsmi internet səhifəsindəki Şəxsi Kabinet vasitəsilə təqdim olunur. Xidmətdən yararlanmaq üçün istifadəçilər “Daxil ol” bölməsindən Şəxsi Kabinetə elektron imza vasitələri – myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) ilə daxil olmalıdırlar.
İstifadəçi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil etdikdən sonra sığorta haqqının hesablanması üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının və İSB-nin informasiya sistemlərindən avtomatik əldə edilir.
Hesablama nəticəsində istifadəçiyə yekun sığorta haqqı ilə yanaşı, məbləğin formalaşmasına təsir edən əsas göstəricilər, o cümlədən sığortalı günlərin sayı və tətbiq olunan sığorta tarixçəsi əmsalı barədə məlumat təqdim olunur.
Yeni rəqəmsal funksionallıq vətəndaşlara sığorta müqaviləsi bağlamazdan əvvəl sığorta haqqı və həmin məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə etmək imkanı verir.
Bundan əlavə, İSB-nin www.isb.az rəsmi internet səhifəsi vasitəsilə təqdim olunan Şəxsi Kabinet də yenilənərək ekran görünüşü və funksional imkanları təkmilləşdirilib. Yenilənmiş Şəxsi Kabinet vasitəsilə artıq sığortalılar qüvvədə olan icbari sığorta müqavilələri barədə məlumatları daha rahat əldə edə, o cümlədən sığorta müqaviləsinin bitmə tarixini öyrənə bilərlər. Aparılan yeniliklər sığorta məlumatlarına çıxışı asanlaşdırır və rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























