Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycana yarım milyard dollar qazandıran məhsul – Fermerlər 65 manata sığortalaya bilərlər. Bir hektar xurma bağının sığortası cəmi 65 manata başa gəlir
AzVak-mobil_resmin_ustu_31
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 220 min tondan artıq məhsul toplanaraq daxili və xarici bazarlarda satılır.

Reklam_3_11

Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır – hər il Azərbaycandan xaricə 130–140 milyon dollarlıq xurma ixrac edilir. 2022–2025-ci illərdə xurma ixracı Azərbaycana yarım milyard dollar gəlir gətirib. Təkcə 2025-ci ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon dollar olan 187,5 min ton xurma ixrac edib.

Xurma məhsulu Azərbaycanın əksər ərazilərində yetişdirilir. Ölkə üzrə xurma bağlarının sahəsi 16 min hektara yaxın, bu sahədə əsas bölgələrdən biri isə Mərkəzi Aran regionudur. Mərkəzi Aran bölgəsində 5 600 hektara yaxın xurma bağı var. Bu, bütün ölkə üzrə əkinlərin 35%-i deməkdir. Təkcə Ağdaş rayonunda xurma bağlarının sahəsi 2 200 hektardan artıqdır.

Xurma bağlarının məhsuldarlığı rayonlardan və bağa qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 5–28 ton arasında ola bilir.

Daxili bazardakı tələbat və ixrac imkanları sayəsində xurma bağları fermerlərin rifahında böyük rol oynayır, bu sahədən gələn gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Amma baş verə biləcək müxtəlif hallar, o cümlədən təbiət hadisələri xurma bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirsiz qalmasına səbəb ola bilər.

Təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.

Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir.

Xurma yetişdirən fermerlər bağlarını dövlət dəstəyi ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalaya bilərlər. Hesablamaya görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir.

Bu hesablamada hektardan 100 sentner – 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb.

Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 000 kq × 0,60 manat = 6 000 manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 130 manatdır. Aqrar sığorta haqqının 50%-ni dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.

Başqa sözlə, fermer 6 000 manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2 000–2 500 manat səviyyəsində götürüldükdə, 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3%-nə bərabərdir.

Başqa sözlə, fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən təxminən 30–38 dəfə azdır.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlar arasında Ağdaş rayonundan olan təsərrüfatlar da var. İndiyədək Ağdaş rayonunda ümumilikdə 545 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bundan 234 min manat kənd təsərrüfatı heyvanlarının sığortası, 311 min manat isə bitkiçilik sığortası üzrə həyata keçirilib və bu məbləğlər hər gün artmaqdadır.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

xurma sığortası xurma ixracı Azərbaycan xurma istehsalı aqrar sığorta dövlət dəstəyi fermerlərə subsidiya Ağdaş xurma bağları Mərkəzi Aran kənd təsərrüfatı sığortası aqrar sığorta ödənişləri xurma ixracı 2025
14.10.2026 14:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19