970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Güzəştli kredit sistemində yeni Əsasnamə: sahibkar barədə hansı məlumatlar ötürüləcək?
iç səhifə xəbər başlığı altı (mobil)_31
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib.

Marja.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı 15 oktyabr 2026-cı il tarixli 339 nömrəli qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli qərarında dəyişikliklər edilib. xalqqazeti.az

Yeni Əsasnaməyə əsasən, sistem Azərbaycan Biznesinin İnkişafı Fondunun sahibkarlara təqdim etdiyi güzəştli kredit, zəmanət və faiz subsidiyası mexanizmləri ilə bağlı prosedurların elektron qaydada həyata keçirilməsini təmin edir.

Sahibkarın vergi riski və fəaliyyəti barədə məlumatlar sistemə ötürüləcək

Əsasnamədə informasiya sisteminə ötürülən məlumatların dairəsi müəyyənləşdirilib. Buraya sahibkarın adı, VÖEN-i, qeydiyyat və ünvan məlumatları, fəaliyyət növləri və təsərrüfat obyektlərinin ünvanları ilə yanaşı, riskli vergi ödəyicisi olub-olmaması barədə məlumat da daxildir.

Həmçinin nizamnamə kapitalında dövlətin iştirak payının 50 faizdən çox olub-olmaması sistemə ötürülən məlumatlar sırasında göstərilir.

Sahibkarlıq subyekti, eləcə də hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar onun icra orqanının rəhbəri barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraatın aparılıb-aparılmaması barədə məlumatların ötürülməsi də nəzərdə tutulur.

Bundan başqa, müraciət tarixinə sahibkarın fəaliyyətinin dayandırılması və ya ləğvetmə prosesində olması barədə məlumatlar elektron mübadiləyə daxil edilir.

Banklar və BOKT-lər də sistemdən istifadə edəcək

İnformasiya sisteminin sahibi İqtisadiyyat Nazirliyi, operatoru Azərbaycan Biznesinin İnkişafı Fondu müəyyənləşdirilib. Sistemin iştirakçıları Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətidir.

İstifadəçilərə dəstək mexanizmlərindən yararlanmaq üçün müraciət edən sahibkarlar və həmin mexanizmlərdə iştirak edən müvəkkil təşkilatlar daxildir. Kreditlərin verilməsinə münasibətdə müvəkkil təşkilatlar kimi yalnız banklar və bank olmayan kredit təşkilatları nəzərdə tutulur.

Sistem vasitəsilə sahibkar üçün elektron kabinet yaradılması, müraciətlərin qeydiyyata alınması, Fondla müvəkkil təşkilatlar arasında sənəd və məlumat mübadiləsinin elektron aparılması təmin edilir.

Elektron kabinetə “Vahid Giriş” vasitəsilə daxil olunacaq

Fiziki şəxslər Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik yaradılan elektron kabinetlərindən istifadə edə biləcəklər.

Dövlət informasiya sistemləri arasında real vaxt rejimində məlumat mübadiləsi mümkün olmadıqda, sənədlər aidiyyəti qurumların elektron kabinetləri vasitəsilə, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənərək daxil ediləcək.

Sistemdən istifadə ödənişsizdir

Əsasnaməyə görə, informasiya sistemindən istifadə üçün ödəniş tutulmur. Sistemin təşkili, idarə olunması və təkmilləşdirilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

İstifadəçilərin özləri barədə məlumatlarla tanış olmaq, onların dəqiqləşdirilməsi üçün müraciət etmək, elektron xidmətlərdən yararlanmaq və hüquqlarının pozulmasından inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüquqları nəzərdə tutulur.

Qeyd edək ki, sistemə ötürülən məlumatların sadalanması həmin statuslara malik sahibkarlar üçün avtomatik kredit qadağası müəyyənləşdirilməsi demək deyil. Qərar güzəştli kreditlərin faiz dərəcələrinin və ya məbləğ limitlərinin dəyişdirilməsini nəzərdə tutmur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

güzəştli kredit elektron kredit və zəmanət faiz subsidiyası Azərbaycan Biznesinin İnkişafı Fondu BOKT sahibkarlara dövlət dəstəyi
20.10.2026 08:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19