Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkəmizdə meyvə bağçılığının inkişaf etdirilməsi və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.
Hazırda Azərbaycanda istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biri də fındıqdır. Son bir neçə ildə ölkədə fındıqçılıq sürətlə inkişaf edərək əsas ixrac sahələrindən birinə çevrilib.
Hər il Azərbaycandan xaricə 150–170 milyon dollarlıq fındıq ixrac edilir. 2022–2026-cı illərdə fındıq ixracı Azərbaycana 640 milyon dollara yaxın gəlir gətirib. Təkcə ötən il Azərbaycandan xaricə ümumi dəyəri 170,7 milyon dollar olan 19 min ton fındıq ixrac olunub. Beynəlxalq statistika göstərir ki, Azərbaycan dünyada fındıq ixracı üzrə ilk yerlərdən birini tutur.
Adətən quru iqlimdə yetişdirilən fındıq bağları ölkənin müxtəlif ərazilərində yerləşir. Ümumilikdə, Azərbaycanda fındıq bağlarının sahəsi 79 min hektara çatır, onlardan 60 min hektarı bar verir. Hər il fermerlər bu sahələrdən 66–68 min ton fındıq tədarük edirlər.
Fındıq bağlarının məhsuldarlığı rayonlardan və bağlara qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 10–25 sentner (1–2,5 ton) arasında ola bilir. Ölkə üzrə fındıq bağlarının orta məhsuldarlığı 11 sentnerdir.
Azərbaycandakı fındıq bağlarının təxminən 20 min hektarı Quba-Xaçmaz regionundadır. Bu, bütün ölkə üzrə əkinlərin 30%-i deməkdir. Təkcə Xaçmaz rayonunda 11 148 hektar fındıq bağı var.
Ölkədə fındıq bağlarının sahəsi hər il 500–600 hektar artır. Bu sahədə əsas inkişaf işğaldan azad olunmuş bölgələrdə müşahidə edilir.
İxrac və daxildə emal imkanları sayəsində fındıqçılıq Azərbaycanda ayrı-ayrı bölgələrin rifahında böyük rol oynayır. Bu sahədən əldə olunan gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Üstəlik, son illər qiymətlərdə baş verən artımlar sayəsində bu sahə yüksək gəlirlilik nümayiş etdirir və bağ sahiblərinə gəlir gətirir.
Amma baş verə biləcək təbiət hadisələri fındıq bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirlərinin kəskin azalmasına səbəb ola bilər. Söhbət dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və sair hallardan gedir.
Təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.
Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir.
Fındıq bağlarının sahibləri bağlarını Aqrar Sığorta Fondunda dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalaya bilərlər.
Hesablamaya görə, məsələn, Quba-Xaçmaz regionuna daxil olan Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə cəmi 26 manata başa gəlir.
Bu hesablamada 1 hektardan 12 sentner – 1,2 ton fındıq məhsulu, fındığın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 3 manat olması əsas götürülüb.
Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri 1 200 kq × 3,0 manat = 3 600 manat təşkil edir. Xaçmazda və ümumiyyətlə, Quba-Xaçmaz regionunda fındığın sığortalanması üzrə sığorta tarifi cəmi 1,45% təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 52 manatdır. Aqrar sığorta haqqının 50%-ni dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 26 manat təşkil edir.
Başqa sözlə, fermer 3 600 manatlıq fındıq məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 26 manat ödəyir. Bu məbləğ fındıq bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Xatırladaq ki, 1 hektar məhsuldar fındıq bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 800–1200 manat səviyyəsindədir. Nəticədə 26 manatlıq sığorta haqqı bağa qulluq xərcinin cəmi 2–3%-i qədərdir.
Başqa sözlə, fermer fındıq bağını sığortalamaq üçün bağa çəkdiyi xərcdən 30–50 dəfə az vəsait sərf edir.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən ən çox faydalanan rayonlardan biri də Xaçmaz rayonudur. Belə ki, indiyədək Xaçmaz rayonunda ümumilikdə 1 milyon 83 min manat aqrar sığorta ödənişi edilib. Bunun 1 milyon 57 min manatı bitkiçilik sığortası, 26 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənilib və bu məbləğlər hər gün artmaqdadır.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini, tarla bitkilərini və meyvə bağlarını qorumağa, dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
2 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton




















