970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir

Kapital Bank 1 milyard manatlıq hədəfini açıqladı – Hər ay 13 min kredit verir
AzVak-mobil_resmin_ustu_31
Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Kapital Bank növbəti strateji dövrdə mikro kredit portfelini 1 milyard manata çatdırmağı və maliyyələşdirdiyi sahibkarların sayını artırmağı planlaşdırır.

Bu barədə Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda bankın mikro kredit müştərilərinin sayı 100 mini ötür, kredit portfeli isə 660 milyon manat səviyyəsindədir.

Bəxtiyar Rəsulov qeyd edib ki, növbəti strateji dövrdə əsas hədəflər bazar payının artırılması, kredit portfelinin genişləndirilməsi və daha çox sahibkarın maliyyələşdirilməsidir.

"Bu gün kredit satışlarının sayına görə bazarda birinci yerdəyik. Növbəti strateji dövrdə isə kredit portfelimizi 1 milyard manata çatdırmağı hədəfləyirik", – deyə o, bankın bazar araşdırmasının nəticələrinə istinadən bildirib.

Kapital Bank hər ay təxminən 13 min mikro kredit verir

Bəxtiyar Rəsulov bildirib ki, bank təxminən dörd il əvvəl mikro kreditləşmə modelinin transformasiyasına başlayıb. Bu dəyişikliklərin əsas məqsədi sahibkarların maliyyəyə çıxışını sürətləndirmək və ənənəvi sənədləşmə proseslərini sadələşdirmək olub.

Hazırda bank ay ərzində təxminən 13 min kredit verir. İş günləri və saatları nəzərə alındıqda bu, orta hesabla hər dəqiqədə ən azı bir kredit deməkdir.

Kredit satışlarının təxminən 90 faizi rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Müştərinin biznesi haqqında məlumatlar dəqiqləşdirildikdən sonra kredit qərarlarının təxminən 95 faizi avtomatik qəbul edilir.

Bankın Birbank və Birbank Biznes tətbiqləri üzərindən kreditlərin əksər hallarda 5 dəqiqə ərzində, insan müdaxiləsi olmadan rəsmiləşdirilməsi mümkündür.

Süni intellekt sahibkarlara kredit təklif etməyə başlayıb

Bəxtiyar Rəsulovun sözlərinə görə, Kapital Bank satış prosesində süni intellekt texnologiyalarından istifadəni genişləndirir. Hazırda bankda "AI Sales Agent" adlı həll pilot mərhələsindədir. Bu sistemdə sahibkarla ilkin əlaqəni bank əməkdaşı deyil, süni intellekt qurur.

Süni intellekt sahibkara kredit təklif edir, onun suallarını cavablandırır və təklifin uyğun olmaması halında səbəbləri müəyyənləşdirməyə çalışır. Toplanan məlumatlardan asılı olaraq müştəriyə alternativ maliyyə məhsulu da təklif oluna bilir.

Bank gələcəkdə kredit qərarlarının qəbulunda, müştəri davranışlarının təhlilində və fərdiləşdirilmiş maliyyə təkliflərinin hazırlanmasında da süni intellektdən istifadə etməyi planlaşdırır.

50 mindən çox sahibkar ilk biznes kreditini əldə edib

Müsahibədə bildirilib ki, 50 mindən çox fərdi sahibkar ilk biznes kreditini Birbank Biznes vasitəsilə əldə edib. Bu kreditlərin ümumi məbləği 300 milyon manat təşkil edib.

Bəxtiyar Rəsulovun sözlərinə görə, bankdan kredit götürən minlərlə mikro sahibkar sonradan biznes dövriyyəsini artıraraq kiçik və orta biznes kateqoriyasına keçib.

Bank rəsmisi vurğulayıb ki, gələcəkdə rəqabəti yalnız kreditin məbləği və şərtləri deyil, həmçinin maliyyə təşkilatlarının sahibkarların ehtiyaclarını nə qədər düzgün müəyyənləşdirməsi və onlara uyğun həlləri hansı sürətlə təqdim etməsi müəyyən edəcək.

Kapital Bank kredit Kapital Bank mikro kredit Bəxtiyar Rəsulov Birbank Biznes biznes krediti sahibkarlara kredit mikro sahibkarlıq 5 dəqiqəyə kredit onlayn kredit kredit portfeli 1 milyard manat süni intellekt AI Sales Agent rəqəmsal bankçılıq Azərbaycanda mikro kreditlər
21.10.2026 13:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19