Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR
Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə seçilmiş partnyorları ilə görüş keçirib.
Görüşün əsas məqsədi mövcud əməkdaşlığın nəticələrini dəyərləndirmək, tərəfdaşların Bankın məhsul və xidmətləri ilə bağlı təcrübələrini və gözləntilərini öyrənmək, eləcə də gələcək əməkdaşlıq perspektivlərini birgə müzakirə etmək olub.
İnteraktiv müzakirə formatında təşkil olunan görüş zamanı partnyorları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, xidmət keyfiyyətinin yüksəldilməsi, əməkdaşlıq proseslərinin daha da optimallaşdırılması və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Müştəri və tərəfdaş məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən Rabitəbank tərəfdaşlarla açıq dialoqun və davamlı geribildirim mexanizminin qurulmasını biznes əlaqələrinin inkişafında mühüm amillərdən biri hesab edir. Bu yanaşma Banka tərəfdaşların ehtiyaclarını daha yaxından öyrənmək, onların gözləntilərinə uyğun həllər formalaşdırmaq və əməkdaşlığın səmərəliliyini artırmaq imkanı yaradır.
Rabitəbankın partnyor şəbəkəsinə qoşulmaq və əməkdaşlıq imkanlarından yararlanmaq üçün https://rbt.az/prtnrol linkinə keçid edə bilərsiniz.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
- 6 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
-
1 saat əvvəl
Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub
-
1 saat əvvəl
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
İran elan etdi: Neft daşıyan 4 gəmi vurulub
Ən çox oxunanlar
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti” ®
Metropoliten rəisinə yeni müavin təyin olundu
Oktyabrın 23-də gözlənilən hava şəraiti
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri üçün yeni tələb müəyyənləşəcək
Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşib























