Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

AzVak-mobil_resmin_ustu_31
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməsi nəticəsində Böyük Britaniyanın “Investors in People” təşkilatının “We Invest in People – Silver” (Gümüş) akkreditasiyasına layiq görülüb.

Böyük Britaniyada təsis edilmiş “Investors in People” təşkilatı liderlik, insan kapitalının idarə edilməsi, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrində təşkilatların fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir.

“We Invest in People” proqramı “Standard”, “Silver”, “Gold” və “Platinum” olmaqla 4 səviyyəni əhatə edir. İSB akkreditasiya prosesində ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa “Silver” səviyyəsini əldə edib.

Akkreditasiya prosesi çərçivəsində İSB-nin liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera inkişafı imkanları, əməkdaşların qərarvermə proseslərində iştirakı və daxili kommunikasiya təcrübələri qiymətləndirilib. Nəticələr Büronun korporativ mədəniyyətini, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.

İSB üçün insan kapitalının inkişafı rəqəmsal transformasiya, texnoloji innovasiyalar və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi kimi strateji hədəflərin mühüm tərkib hissəsidir. Bu istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, təcrübə mübadiləsi və daxili kommunikasiyanın gücləndirilməsi üzrə təcrübələr davamlı olaraq təkmilləşdirilir.

İSB beynəlxalq qiymətləndirmə nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların iştirakçılığının artırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.

İcbari Sığorta Bürosu İSB Investors in People We Invest in People Silver İcbari Sığorta Bürosu akkreditasiya beynəlxalq akkreditasiya Gümüş akkreditasiya insan kapitalının idarə edilməsi korporativ idarəetmə liderlik insan resursları əməkdaşların inkişafı təşkilati mədəniyyət sığorta sektoru Azərbaycan sığorta bazarı rəqəmsal transformasiya peşəkar inkişaf.
29.10.2026 13:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19