970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Taleh Kazımov: Bankların 4,6 milyard manat sərbəst vəsaiti var, amma kreditə tələb yoxdur.
AzVak-mobil_resmin_ustu_31
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapmaq əvəzinə, bir-birinin mövcud müştərilərini cəlb etməyə çalışırlar.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, bankların digər kredit təşkilatlarının müştərilərini cəlb etməyə çalışması beynəlxalq bank praktikasında normal rəqabət üsullarından biridir.

“Bir bank hansısa müştəriyə xidmət göstərirsə, kredit verirsə və həmin müştərinin normal kredit tarixçəsi varsa, sağlam kredit müştərisidirsə, başqa bank da yeni müştəri axtarmaqdansa onu cəlb etməyə çalışır. Bu, normal praktikadır. Keçmişdə özüm də bankir olmuşam, digər banklardan müştəri cəlb etmişəm”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Biznes kreditlərində konsentrasiya artır

Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın müşahidələrinə əsasən, xüsusilə biznes kreditləşməsi sahəsində kredit portfelinin konsentrasiyası artır. Bu isə kreditlərin getdikcə daha çox mövcud borcalanlarda cəmləşməsi ilə müşayiət olunur.

“Biz görürük ki, kreditləşmədə, xüsusilə biznes sahəsində portfeldə konsentrasiya artır. Eyni müştərilərin kredit borcunun məbləği artır. Bizim üçün bu, yeni kredit müştərilərinin kifayət qədər olmamasının göstəricisidir”, – deyə o qeyd edib.

AMB sədri əlavə edib ki, yeni kredit müştərilərinin cəlb edilməsi banklar üçün daha risklidir. Çünki həmin şəxslərin və ya müəssisələrin konkret bankda, bəzən isə ümumiyyətlə maliyyə sektorunda kredit tarixçəsi olmur.

Bankların 4,6 milyard manat sərbəst vəsaiti var

Taleh Kazımovun sözlərinə görə, 2026-cı ilin sentyabr ayının sonuna bank sektorunun sərbəst vəsaitləri 4 milyard 600 milyon manata çatıb. O bildirib ki, bu, Azərbaycan bank sektoru üçün kifayət qədər böyük məbləğdir və sektorun aktivlərinin təxminən 10 faizinə bərabərdir. Mərkəzi Bankın sədri vurğulayıb ki, həmin vəsait bankların likvidlik, məcburi ehtiyat və digər prudensial tələblərə əməl etməsindən sonra sərəncamlarında qalan sərbəst resurslardır.

“Bank nədən pul qazanır? Pulu cəlb edir və həmin pulu kredit şəklində verir. Bank sektorunda 4,6 milyard manat sərbəst vəsaitin olması kifayət qədər böyük göstəricidir. Bu da onu göstərir ki, bazarda kreditlərə tələb yoxdur”, – deyə Kazımov bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən banklar yeni kredit müştəriləri tapmaq əvəzinə, mövcud sağlam borcalanları hədəfləyirlər. Bu proses isə kredit portfelində konsentrasiyanın artmasına səbəb olur.

“Mərkəzi Bankın kreditləşmə tələbləri sərt deyil”

Mərkəzi Bankın sədri real sektorun maliyyələşdirilməsinə tətbiq edilən prudensial tələblərin kreditləşməni məhdudlaşdırması barədə ekspert fikirlərinə də münasibət bildirib.

Kazımov bu yanaşma ilə razılaşmadığını vurğulayaraq, Azərbaycanda real sektorun kreditləşdirilməsi üzrə tələblərin beynəlxalq təcrübə ilə müqayisədə daha yumşaq olduğunu qeyd edib.

“Mən yenə də deyirəm ki, Mərkəzi Bankın real sektorun maliyyələşdirilməsi və kreditləşdirilməsi ilə bağlı tələbləri beynəlxalq təcrübə ilə müqayisədə daha çox yumşaqdır, nəinki sərt”, – deyə Taleh Kazımov bildirib.

Beləliklə, Mərkəzi Bank sədrinin açıqlamasına əsasən, biznes kreditləşməsində əsas problemlərdən biri bankların maliyyə resurslarının çatışmazlığı deyil, yeni kredit müştərilərinin və kreditə tələbin kifayət qədər olmamasıdır.

Taleh Kazımov Azərbaycan Mərkəzi Bankı bankların sərbəst vəsaitləri 4 6 milyard manat biznes kreditləri kreditə tələb banklararası rəqabət kredit portfelinin konsentrasiyası real sektorun maliyyələşdirilməsi kredit müştəriləri kreditləşmə bank sektorunda likvidlik prudensial tələblər
30.10.2026 12:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19