Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Azərbaycanda sahibkarlar il ərzində vergi rejimini könüllü dəyişə biləcəklər – Yeni qayda. Sahibkarların vergi rejimini dəyişməsi asanlaşdırılır – Yeni qayda təklif olunur. Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək. Sadələşdirilmiş vergi ödəyicilərinə yeni imkan – Gəlir və mənfəət vergisinə könüllü keçidVergi ödəyicisinə təqvim ili ərzində qanunla nəzərdə tutulmuş qaydada ərizə təqdim etdiyi tarixdən könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid hüququnun verilməsi təklif edilir.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, təqvim ili ərzində sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid mövcud vəziyyətdə yalnız VM-in 218.5-ci maddəsinə nəzərdə tutulan hallarda mümkündür və məcburi xarakter daşıyır. Lakin mövcud təcrübədə vergi ödəyicilərindən könüllü qaydada gəlir (mənfəət) vergisi ödəyicisi olmaqla bağlı müraciətlər daxil olmaqdadır.
Mövcud hüquqi tənzimləmə vergi ödəyicisinin iqtisadi maraqlarını və biznes strategiyasını nəzərə alaraq daha əlverişli vergi rejimini seçmək imkanını məhdudlaşdırır. Halbuki vergitutmanın əsas prinsiplərindən biri də könüllülük və seçim imkanının təmin edilməsidir.
Bu baxımdan, təqvim ili ərzində vergi ödəyicisinə öz təşəbbüsü ilə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid hüququnun verilməsi məqsədəuyğun hesab olunur.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 2 d. əvvəl
-
4 d. əvvəl
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
-
6 d. əvvəl
Diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
-
10 d. əvvəl
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
-
16 d. əvvəl
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
-
17 d. əvvəl
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
-
18 d. əvvəl
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
-
19 d. əvvəl
Artıq ödənilmiş rüsum “e-rüsum" altsistemi vasitəsilə nağdsız formada qaytarılacaq
- 26 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Ən çox oxunanlar
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə



























