970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə

Kiçik biznesə 5 illik vergi güzəşti veriləcək – Şərtlər açıqlandı. Azərbaycanda kiçik sahibkarların mənfəət vergisi 25 faiz azaldılacaq
AzVak-mobil_resmin_ustu_31
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il müddətində fəaliyyət göstərən,vergi borcu olmayan və əvvəlki ilə münasibətdə dövriyyəsi 30 faizdən çox azalmayan müvafiq sahibkarlıq subyektlərinə vergi ili üzrə əmək münasibətlərinin pozulmaması şərti ilə gəlir/mənfəət vergisi məbləğinin 25%-i həcmində 5 il müddətinə güzəşt tətbiq olunacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. KOB subyektinin kateqoriyası bu meyarlardan hansı daha yüksəkdirsə ona əsasən təyin olunur. Məsələn, sahibkarlıq subyektinin işçilərinin sayı 5, illik gəliri isə 250 min manatdır. Burada işçilərin sayı mikro sahibkarlıq, illik gəlir isə kiçik sahibkarlığa uyğun gəlir. Bu halda illik gəlir əsas götürülməklə sahibkarlıq subyekti kiçik sahibkar hesab olunur.  

05.11.2026 13:52
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19