“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verirAzercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.
Təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.
Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.
Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək.
İştirak və qeydiyyatla bağlı ətraflı məlumat: “FireWall 2026”
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
-
1 gün əvvəl
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
-
1 gün əvvəl
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Noyabrın 15-də gözlənilən hava şəraiti
Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edildi
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçib
Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır
Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib



















