ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçib
ABB istiqrazlarına abunə yazılışının növbəti mərhələsi uğurla başa çatıb. Bu mərhələdə ümumi həcmi 15 milyon manat olan iki buraxılış investorlara təqdim edilib və hər ikisi tam yerləşdirilib.
Bankın yaydığı press-relizdə bildirilir ki, buraxılışlar üzrə daxil olan sifarişlərin ümumi həcmi 22 173 200 manat olub. Bu, təklif olunan emissiya həcmindən təxminən 1,5 dəfə çoxdur.
1 illik istiqrazlar, illik 8,5% gəlirlilik
Həcmi 5 milyon manat olan bu buraxılış üzrə 8 421 500 manatlıq sifariş daxil olub. Bu, təklifdən təxminən 1,7 dəfə çoxdur. Abunə yazılışında 83 investor iştirak edib və 347 sifariş təqdim olunub. Onlardan 345-i icra edilib, nəticədə 81 investorun sifarişi təmin olunub.
2 illik istiqrazlar, illik 9% gəlirlilik
Həcmi 10 milyon manat olan bu buraxılış üzrə 13 751 700 manatlıq sifariş daxil olub. Bu, təklifdən təxminən 1,4 dəfə çoxdur. Abunə yazılışında 94 investor iştirak edib və 223 sifariş təqdim olunub. Bütün sifarişlər icra edilib və 94 investorun hamısının sifarişi təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar 1 illik buraxılış üzrə 50 min, 2 illik buraxılış üzrə isə 100 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif (abunə yazılışı) üsulu ilə həyata keçirilib. Anderrayter qismində “ABB-İnvest” İnvestisiya Şirkəti çıxış edib. İstiqrazlar Bakı Fond Birjasının “Standart bazar” listinq seqmentinə daxil edilib və onların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara etibarlı və sabit gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarının inkişafına da mühüm töhfə verir.
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
-
1 gün əvvəl
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
-
1 gün əvvəl
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Noyabrın 15-də gözlənilən hava şəraiti
Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edildi
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçib
Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır
Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib





















