Sahibkar olmaq istəyən qadınlar üçün fürsət!
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edir.
Qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Aran iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.
Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir:
-Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;
-təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi;
-investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
-vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;
-marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməkliyin göstərilməsi;
-investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
-inzibati və hüquqi məsələlərin həllində köməkliyin göstərilməsi;
-informasiya resurslarına çıxışın təmin edilməsi;
-elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması və s.
Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.
Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.
Müsabiqədə Aran iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:
-müsabiqədə iştirak etmək haqqında ərizə;
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
-əmək kitabçasının surəti (mövcud olduğu halda);
-fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
-biznes plan və ya biznes ideyanın təsviri.
Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.
Sənədlər aşağıdakı ünvanda qəbul ediləcəkdir: Yevlax şəhəri, Bakı prospekti, 5, 3-cü mərtəbə. Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyi.
Sənədlərin qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Rəşad Abbasovdur. Tel: (02233) 7 - 82 - 85; mob.: (055) 227 - 30 – 23; e-mail: [email protected].
Daha ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131), e-mail: [email protected], web: www.bbtc.gov.az.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi də, Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edir.
Qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.
Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir:
-Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;
-təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi;
-investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
-vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;
-marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməkliyin göstərilməsi;
-investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
-inzibati və hüquqi məsələlərin həllində köməkliyin göstərilməsi;
-informasiya resurslarına çıxışın təmin edilməsi;
-elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması və s.
Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.
Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.
Müsabiqədə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:
-müsabiqədə iştirak etmək haqqında ərizə;
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
-əmək kitabçasının surəti (mövcud olduğu halda);
-fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
-biznes plan və ya biznes ideyanın təsviri.
Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.
Sənədlər aşağıdakı ünvanda qəbul ediləcəkdir: Xaçmaz şəhəri, Bakı prospekti, 45, 4-cü mərtəbə, otaq 1, Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyi.
Sənədlərin qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin rəhbəri Polad Seyfəddinovdur. Tel: (02332) 6-83-12, (055) 227-22-96, e-mail: [email protected].
Daha ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131), e-mail: [email protected], web: www.bbtc.gov.az.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
3 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür









.jpg)












