Yellen istefa məktubunu ABŞ Prezidentinə təqdim edib
ABŞ Mərkəz Bankının ilk qadın sədri olan Janet Yellenin vəzifə müddətinin bitməsinin ardından Fed rəhbərliyində (İdarə Heyətindən) qalmayacağı bildirilib. "Marja" Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, Yellen istefa məktubunu ABŞ Prezidenti Donald Trumpa bu gün təqdim edib.
Yellen verdiyi açıqlamada, yeni Sədr Jerome Pauell and içdikdən sonra Fed-dən ayrılacağını bildirib.
Yellen istefa məktubunda böhrandan bu yana iqtisadiyyatda görülən bariz sağalmadan məmnuniyyətini dilə gətirib. Sədr "İdarə Heyətində vəzifəmi tərk etməyə hazırlaşarkən maliyyə sisteminin 10 il əvvələ nisbətən daha güclü, gələcəkdə baş verəcək böhranlara qarşı daha dözümlü olduğu üçün, Amerikalı ailələrin və müəssisələrin iqtisadi gözləntilərini dəstəkləməyə davam etdiyi üçün məmnunam" açıqlamasını edib. Yellen, yeni Sədr Pauellin Feddəki vəzifələrinə dərindən sadiq qalacağına inandığını da dilə gətirib.
71 yaşlı Yellenin vəzifə müddəti Fevral ayında başa çatır. ABŞ Prezidenti Donald Trump Fed Rəhbərliyi üçün Jerome Powelli namizəd göstərib.
Yellenin texniki olaraq Fed-də 2024-ci ilə qədər rəhbər sifətilə qalmaq haqqı var. Yellenin da ayrılması ilə Fed-in İdarə Heyətində 4 kreslo boş qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
6 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
6 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
9 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























