İndi də rəqəmsal pişik bəsləyib satırlar
Virtual valyutaların populyarlığı gedərək artarkən, Ethereum şəbəkəsinin rəqəmsal oyunu CryptoKitties (Rəqəmsal Pişiklər) üçün bir həftədə xərclənən pul 1,3 milyon dolları keçib. Qısa müddətdə öz kütləsini yaradan oyun, virtual valyutaya marağı artıra bilər.
Dünyanın ikinci böyük virtual valyutası olan Ethereum şəbəkəsində bir anda populyar olan CryptoKitties (Rəqəmsal Pişiklər) adlı rəqəmsal oyunu üçün bir həftədə 1,3 milyon dollar xərclənib.
"Marja" "Tech Crunch" saytına istinadən xəbər verir ki, 28 Noyabrda təqdim olunan oyun, qısa müddətdə fenomenə çevrilib.
Pokemon kartlarının rəqəmsal versiyası kimi görünən CryptoKitties-də, oyunçular fərqli xüsusiyyətlərə malik pişikləri bəsləyə, satın alıb sata bilərlər.
Oyuna xərclənən pulun bir həftədə 1,3 milyon dolları keçdiyi və sürətlə artmaqda olduğu bildirilir. Bəzi pişiklərin qiyməti isə, 246 Ethereumu, yəni 113 min dollara çatır.
Hazırda Ethereum əməliyyatlarının 4%-ni təşkil edən oyunun, kripto pul həvəskarları xaric, fərqli təbəqələri də virtual valyuta bazarına cəlb edəcəyi və bazara marağı artıracağı deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
8 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























