Bu gecə Bitcoin ilə bağlı mühüm addım atılır
Bitcoin, CME fyuçersləri ilə Cboe-dan sonra təkrar Wall Street-ə çıxır
Dünyanın ən böyük birja şirkəti də Bitcoin inqilabına qoşulur.
"Marja" xəbər verir ki, bu gecə (18 Dekabr) ABŞ-ın "CME Group Inc. şirkəti də Bitcoin ilə fyuçerslər təklif etməyə başlayacaqdır. Bir həftə əvvəl Çikaqoda "Cboe Global Markets Inc." virtual valyutada analoji törəmə məhsullarını təqdim etmişdi.
CME-nin bazarlarda daha böyük bir oyunçu olmasına görə sözügedən addımın təsiri Cboe-dan daha çox hiss edilə bilər. "Futures Indusry Association"ın məlumatına görə, 2017-ci ilin ilk doqquz ayında CME-də əməliyyatların həcmi təxminən 55 dəfə artıb.
"Bloomberg"in məlumatlarına görə isə, Cboe-də indiyə qədər 180 milyon dollara bərabər gələn 10 min Bitcoin müqaviləsi ticarət olunub. "Cboe Global Market"in (Chicago Board Options Exchange (CBOE)) fyuçers əməliyyatlarını 11 Dekabrdan təqdim edib. Bitcoin fyuçersləri CBOE birjasında "XBT" kodu ilə əməliyyata açılıb.
CME-nin fyuçers müqavilələri, 2008 maliyyə böhranının ardından banklara və dövlət dəstəkli pul vahidlərinə alternativ olaraq "doğulmuş" bir aktivin əsas maliyyə dünyasına daxil olması baxımından əhəmiyyət daşıyan bir addımdır. İnstitusional investorların qanunlara tabe olmayan birjalardan Bitcoin alması qadağandır. CME və Cboe isə qanunlara tabe olan və tənzimlənən birjalardır. Bu səbəbdən tənzimlənən birjalarda Bitcoin ilə fyuçers müqavilələrinin təklifi institusional investorlar üçün uyğundur. Onlar rahat Bitcoin ala biləcəklər. Bunun da Bitcoin qiymətlərinin qaldıracağı gözlənilir. Bu dəqiqələrdə Bitcoin-in qiyməti 19 min dollardan yüksəkdir.
ABŞ-da Bitcoin fyuçerslərinə başlanmasının virtual pulun yüksəlişinə təkan verəcəyi gözlənilir. Fyuçerslər, Bitcoin-in böyük beynəlxalq investorların diqqətini çəkməsi üçün mühüm bir addım olaraq görülür.
ABŞ-ın törəmə bazarlara nəzaərt edən rəsmi orqanı (Commodity Futures Trading Commission, CFTC), CME və CBOE şirkətlərinə Bitcoin fyuçerslərini təklif etməyə icazə vermişdir.
Fyuçers müqaviləsi - Aktivi gələcəkdə müəyyən tarixdə, müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən standartlaşdırılmış müqavilədir.
"CME Group" və "Cboe" dünyanın ən böyük iki rəqib birja şirkətləridir. Bu şirkətlər bütün dünyada investorlara qabaqcıl ticarət və investisiya həlləri təklif edirlər.
CME Group hər il təxminən 1 triliyon dollar dəyərində 3 milyard müqavilə emal edən dünyanın ən böyük birja şirkətidir. Şirkət alıcılar və satıcılar üçün meydança yaradır. CME, CBOT, NYMEX və COMEX "CME Group"un bazarlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
9 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
9 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
10 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
12 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























