“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində gömrük bəyannaməsi də doldurulacaq
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ilk dəfə olaraq ixracatçı sahibkarlar üçün gömrük bəyannamələrinin doldurulması xidməti göstəriləcək.
Bu barədə məlumat verən “Bir Pəncərə”nin meneceri Nicat Hacızadə bildirib ki, artıq "Azərterminal-kompleks" Birliyinin əməkdaşı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlarlara kömək məqsədilə gömrük bəyannamələrinin doldurulmasına başlayıb. Faktiki olaraq gömrük bəyannaməsinin doldurulması üçün həm off-line, həm də on-line imkan yaradılıb. Hazırda gömrük bəyannaməsini həm “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində, həm də on-line qaydada Rəqəmsal Ticarət Qovşağının (https://dth.azexport.az/) üzərindən doldurmaq mümkündür. Belə ki, Rəqəmsal Ticarət Qovşağında vahid ixrac ərizəsi, o cümlədən, gömrük bəyannaməsinin doldurulması on-line qəbul edilir.
N.Hacızadə bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində 5 dövlət qurumu 7 dövlət xidməti (o cümlədən, mənşə, baytarlıq, fitosanitar, keyfiyyət və s. icazələrin verilməsi xidməti) göstərir: “Hazırda Elektron gömrük bəyannamələrinin doldurulmasının da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilməsi sahibkarların işini xeyli asanlaşdırır. Çünki sahibkarlar vahid məkanda ixracat üçün bütün prosedurları ən qısa bir müddətdə və daha az resurs sərf etməklə əldə edirlər. Faktiki olaraq bu islahat tədbiri Dünya Bankının “Doing Business” komandasının radarına da düşüb. Bir sıra beyəlxalq qurumların nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində məlumat turlarında iştirak edərək fəaliyyətimizi yüksək qiymətləndiriblər. Dünya təcrübəsində bütün ixrac xidmətlərinin bir pəncərədən, həm on-line, həm də off-line göstərilməsi yaxşı nümunə sayılır.”
N.Hacızadə ixracatla məşğul olan sahibkarları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin imkanlarından daha geniş istifadə etməyə çağırıb: “İndiki halda gömrük bəyannamələrinin də “Bir Pəncərə” qaydasında doldurulması sahibkarlarımızın işini xeyli yüngülləşdirib. Faktiki olaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı birlikdə bir ekosistem yaradaraq ixracatın təşviqinə xidmət edir.”
Xatırladaq ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2017-cı il tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, http://iqtisadiislahat.org/contact-us) yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















