Moskva Birjasında Türk lirəsi dövrü başladı
Moskva Birjası Türk lirəsi (TL) üzərindən əməliyyatlara başladığını bildirib.
"Marja" xəbər verir ki, birjadan verilən yazılı açıqlamada, Türk lirəsi üzərindən əməliyyatlara başlandığı və ilk gündə təxminən 1,5 milyon rublluq əməliyyat həyata keçirildiyi bildirilib.
Açıqlamada fikirlərinə yer verilən Moskva Birjasının Valyuta və Forex Bazarları üzrə Baş direktoru İqor Mariç, forex bazarında alətlərin genişləndirilməsinin, Rusiya ilə Türkiyə arasında xarici ticarət fəaliyyətində iştirak edən bank müştəriləri və investisiya şirkətləri üçün yeni imkanlar açdığına işarə edib.
Rusiya və Türkiyə arasında xarici ticarət dövriyyəsinin 2017-ci ildə 40 faiz artaraq 20 milyard dolları keçdiyini xatırladan Mariç, "Valyuta bazarında Rusiya rublu ilə Türk lirəsinin alışlarının inkişaf etdirilməsi, qarşılıqlı müqavilələrdə milli valyutaların rolunun artmasını təşviq edəcək",-deyib.
Moskva Birjasında hazırda dollar, avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Honq Konq dolları, Çin yuanı, Belarus rublu və Qazax tengesi üzərindən əməliyyatlar aparılır.
Moskva Birjası Türk lirəsi ilə bərabər Yapon yeni üzərindən əməliyyatlara da bir müddət əvvəl başlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























