Motorola-dan yeni həmlə
ABŞ-ın "Motorola" şirkəti Kanadanın təhlükəsizlik sistemləri istehsalçısı "Avigilon" şirkətini 1 milyard dollara satın alıb.
"Marja" xəbər verir ki, mərkəzi ofisi Kanadanın Vankouver şəhərində yerləşən "Avigilon" şirkətinin Prezidenti Ceyms Henderson yazılı açıqlamasında, şirkətin müstəqil bir biznes vahidi kimi fəaliyyət göstərməyə davam edəcəyini və "Avigilon"un da marka olaraq qalacağını bildirib.
"Avigilon" şirkəti həbsxanalar, hava limanları, dövlət qurumları, səhiyyə ocaqları, məktəblər və qumarxanalar üçün təhlükəsizlik kameraları və sistemləri istehsal edir. Şirkətin ABŞ və beynəlxalq bazarda 750-dən çox patentli məhsulu var.
Digər tərəfdən, hazırda polis kameraları və telsizlər istehsal edən Motorola, ilk dəfə video nəzarət və analitik sistemlər bazarına girir. Yaşadığı problemlər səbəbilə cib telefonları bazarında inkişaf edə bilməyən "Motorola"nın, yeni investisiya sayəsində güclənəcəyi bildirilir.
Motorola Solutions"ın rəhbəri Greg Brown etdiyi açıqlamada, "Bu satınalma ilə, portfelimiz yeni məhsullar ilə genişlənəcəkdir"-ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
22 d. əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
28 d. əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
57 d. əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
-
1 saat əvvəl
Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar
-
1 saat əvvəl
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
-
1 saat əvvəl
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
-
1 saat əvvəl
Levi Strauss mənfəət proqnozunu artırıb, gəlir gözləntisini isə azaldıb
-
1 saat əvvəl
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
-
14 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
Ən çox oxunanlar
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























