Gürcüstanda inşa olunacaq NEZ-in illik gücü 4 mln. ton təşkil edəcək
Gürcüstanda cari ilin yarısında inşasına başlanacaq neft emalı zavodu (NEZ) il ərzində 4 mln. ton xammal emal etmə gücünə malik olacaq.
Bu barədə zavodu inşa edəcək “Phasis Oil” şirkətinin hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, investisiya dəyəri 1 mlrd. lariyə (409 mln. dollar) yaxın olan NEZ-də 350 işçi çalışacaq. Zavodun tikintisinə isə 600-700 nəfər cəlb olunacaq.
Hesabata əsasən, NEZ-in inşasının bir neçə istiqamətlər üzrə mühüm iqtisadi faydaları var: “Zavod Gürcüstana neft məhsullarının idxalını azaltmağa, ixracını isə artırmağa və yeni iş yerlərinin yaradılmasına imkan verəcək”.
Qeyd edək ki, Gürcüstanın Kulevi kəndində NEZ-in tikintisi ilə bağlı imzalanmış sənədə əsasən, tikinti işləri 31 dekabr 2019-cu il tarixinə qədər başa çatdırılmalıdır. Zavodda “Avro-5” standartlarına cavab verəcək neft məhsullarının istehsalı nəzərdə tutulub. İnvestor olan “Phasis Oil” şirkətinin sahibi İsveçrədə qeydiyyata alınmış “Streamtrade SA” şirkətidir. “Phasis Oil” “SOCAR Georgia Investments” şirkətinin hüquqi varisidir.
Kulevidə SOCAR-a məxsus neft terminalı fəaliyyət göstərir. 2008-ci ilin mayında istifadəyə verilmiş terminalın illik gücü 10 mln. ton təşkil edir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
26 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
30 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























