Maliyyə sektorunda böyük inqilab
"Western Union" pul transferi üçün "Ripple"ı test edir
Beynəlxalq pul köçürmələrini asanlaşdırmaq istəyən maliyyə xidmətləri şirkəti "Western Union", bir müddətdir "Ripple" texnologiyasını test etdiyini açıqlayıb.
"Marja" xəbər verir ki, razılaşma baş tutarsa 3-5 gün davam edən beynəlxalq pul transferləri 4 saniyəyə düşə bilər.
Qlobal ödəmə şirkəti "Western Union" tərəfindən verilən açıqlamada kriptovalyuta platforması "Ripple" ilə əməliyyat testinin aparıldığını təsdiqləyib.
Şirkətin maliyyə direktoru Raj Agrawal, pul transferlərinin asanlaşdırılması üçün "Ripple" texnologiyasının istifadə edilməsinin planlaşdırıldığını deyib. "Western Union" ötən il milyardlarla dollarlıq pul transferinə imza atıb və 1.4 milyard dollar da gəlir açıqlamışdı.
Əməliyyat sürətinə görə ənənəvi bankçılıqda 3 ilə 5 gün arasında davam edən beynəlxalq pul transferləri blok zənciri (blokçeyin) texnologiyası ilə daha qısa müddətdə həll edilir. Bu müddət "Ethereum" üçün 2 dəqiqə, "Bitcoin" üçün bir neçə saatdır. "Ripple" yalnız 4 saniyədə pul transferini həll etdiyini iddia edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mütəxəssislər bu texnologiya ilə maliyyə sektorunda böyük inqilab baş verəcəyini bildirir. "Ripple", ötən günlərdə də Birləşmiş Ərəb Əmirliklərinin ödəmə şirkəti "UAE Exchange" ilə razılaşmışdı.
"Ripple", ötən il 35 min faiz dəyər qazanmış və qiyməti 2018-ci ilin əvvəlində 4 dollara yaxınlaşmışdı. Ancaq bazarlardakı kəskin tənəzzüldən sonra 65 sent səviyyəsinədək enmişdi. Hazırda "Ripple"ın qiyməti 1.08 dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
23 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
27 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
































