50 trilyon dollarlıq istiqraz bazarında böyük qorxu
İnkişaf etmiş ölkələrin istiqrazlarında 35 ildən çoxdur davam edən "öküz" bazarının sonu yaxınlaşır. ABŞ-da inflyasiyanın yüksəldiyinə işarə edən göstəricinin Fed-in daha sürətlə faiz artıracağı gözləntisini gücləndirməsilə bazarlarda başlayan sarsıntı dalğa-dalğa yayılır.
"Marja"nın məlumatına görə, birjalarda tənəzzül və istiqraz faizlərində baş verən artım investorları qorxudur. İnvestorlar istiqraz alışını son 20 ilin ən aşağı səviyyəsinə endiriblər. İsveçrənin maliyyə qurumu "Credit Suiss" da istiqrazlarda "ayı" bazarının başladığı barədə müzakirələrə qoşularaq ABŞ-ın 10 illik xəzinə kağızlarında 3.05 faiz səviyyəsinin diqqətlə izlənilməsi lazım olduğunu bildirib.
İstiqraz faizlərində artım qarşısında zərər edən investorun risk hissi yüksəlir, bu vəziyyət istiqraz bazarında çıxış dalğasının baş verməsinə səbəb olur. Son dövrdə inkişaf etmiş ölkə istiqrazlarının faizlərində yüksəlişin inkişaf etməkdə olan ölkə bazarlarına da keçməsi bu ölkələrə dair narahatlıqları artırır. Böyüklüyü 50,1 trilyon dollar olan istiqraz bazarındakı çıxışların bir-birinə təkan verməsi vəziyyətində investorların ciddi zərər edəcəyi bildirilir. Bu səbəbdən maliyyələşmə xərclərindəki artım ciddi bir risk olaraq gündəmdə qalmağa davam edir.
İSTİQRAZDA "AYI" BAZARI NƏ DEMƏKDİR?
Dünyanın bir çox yerində iqtisadi inkişafa paralel olaraq inflyasiyanın yüksəlməsi istiqraz gəlirliliyini də yüksəldir. İnflyasiyanın yüksəlməsi faizlərin yuxarı qalxmasına səbəb olur. Bu da əlində istiqrazı olan investorun zərərə uğraması deməkdir. Məsələn, əlinizdəki istiqrazın gəlir faizi 2 faizdirsə, faizlərin 3%-ə yüksəlməsi 50 faiz zərər mənasına gəlir. Zərərdən qaçmaq üçün investor istiqrazını satmağa çalışır. Bəs istiqrazda "ayı" bazarı nə deməkdir? İstiqrazda "ayı" bazarına girilməsi - istiqraz faizlərinin yüksəlməsi, riskdən qaçma meylinin güclənməsi, bu bazarda yeni borclanmaların daha çətin və xərcli olması mənasına gəlir.
İNVESTORLARIN 60%-İ İNFLYASİYANI BÖYÜK RİSK KİMİ GÖRÜR
"Bank of America Merrill Lynch"ın keçirdiyi sorğuya görə, peşəkar investorların portfelində istiqrazın payı 1998-ci ildən bu yana ən aşağı səviyyəyə enib. İnvestorların 60%-i inflyasiyanı istiqraz bazarları üçün ən böyük risk hesab edirlər. Sorğu, 575 milyard dollarlıq fondları idarə edən 196 fond investorun iştirakı ilə həyata keçirilib.
Digər tərəfdən, "Credit Suisse, istiqrazlarda "ayı" bazarının yaxınlaşmaqda oldugu barədə xəbərdarlıq edib. Yanvar ayında həm Fed-in keçmiş sədri Alan Greenspan, həm də "Janus Henderson Group"dan Bill Qross da istiqrazda on illərdir davam edən "öküz" bazarının sona yaxınlaşdığı müzakirələrini alovlandırmışdı.
Son olaraq "Credit Suisse", birjalardakı satışlara təkan verən Amerikan istiqraz faizində artımın davam edəcəyini bildirib. Bank, ABŞ-ın 10 illik Xəzinə kağızlarının faizinin 3.05%-ə çıxmasının istiqrazda sərt satışlara təkan verəcəyi xəbərdarlığını edib.
İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN FAİZİ DƏ YÜKSƏLİR
Bütün dünyadakı faiz nisbətlərinə təsir edən və bir indiqator xarakteri daşıyan ABŞ-ın 10 illik istiqrazları, 1,3222% ilə tarixi dib səviyyəni gördüyü 2016-cı ilin İyul ayından bu yana yüksəlişə keçərək 2.902% ilə dörd ilin ən yüksək səviyyəsini görüb. Bu yüksəlişi, digər inkişaf etmiş ölkələrin istiqraz faizləri də müşahidə edərkən, sözügedən prosesdə Almaniyanın 10 illik istiqraz faizləri mənfi 0,20% səviyyələrindən 0,81%-ə qədər qalxıb. ABŞ və Almaniyaya paralel olaraq Çin, Braziliya və Cənubi Koreya kimi inkişaf etməkdə olan ölkələrin 10 illik istiqraz faizlərində artım da diqqəti çəkir. Çinin 10 illik istiqraz faizləri 3.222 faiz səviyyələrindən 3,983 faizə qədər qalxıb. Sözügedən dövrdə 10 illik istiqraz faizləri, Braziliyada 4.217 faiz səviyyələrindən 5.147 faizə, Cənubi Koreyada isə 2.109 faiz səviyyələrindən 2.799 faizə qədər yüksəlib.
İNFLYASİYA GÖSTƏRİCİSİ OYNAQLIĞI ARTIRIB
Bazarların ən böyük risk kimi gördüyü inflyasiya qayğıları ABŞ-da açıqlanan məlumatla dərinləşdi. ABŞ Əmək Nazirliyi yanvar ayı istehlakçı qiymətləri indeksini açıqlayıb. Ölkədə ilin ilk ayında inflyasiya illik 2,1%, aylıq 0,5 faiz artıb. Baza inflyasiya da aylıq 0.3%, illik 1.8% artım göstərib. Analitiklər inflyasiyanın illik 1,9 %, aylıq 0,4% artım qeyd edəcəyini gözləyirdi. Digər tərəfdən, eyni ay pərakəndə satışlarda 0,2%-lik artım gözləməsinə baxmayaraq 0,3%-lik azalma meydana gəlib. Göstərici açıqlandıqdan sonra ABŞ-ın istiqraz faizləri yüksələrkən, birjalardakı satış sürətlənib.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
28 d. əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
8 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
8 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Micron AI "savaşına" 10 milyard dollarla daxil olur
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Ən çox oxunanlar
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)














