“Bank BTB”nin sədri birləşmədən danışdı
"Kapitalımız planlarımıza tam kifayət edir"
"Konsolidasiya ilə bağlı bankımıza təklif gəlməyib və bizim bank tərəfindən də kiməsə analoji təklif edilməyib". Bu barədə “Bank BTB” ASC-nin Müşahidə Şurasının sədri Rza Sadiq məlumat verib.
Sədr 2018-ci ilin Azərbaycanın bank sektoru üçün daha uğurlu olacağını və artıq müsbət tendensiyaların müşahidə olunduğunu bildirib.
“Bu il ötən ildən daha uğurlu olacaq. Ötən ili bank sektoru üçün müəyyən qədər dönüş ili adlandırmaq olar. Çünki bütün məcmu göstəricilərdə müsbət tendensiya görünür. Bu o deməkdir ki, 2018-ci il üçün lazımi impuls götürülüb. Bizim də bütün biznes planlarımız, strategiyamız 2018-ci ildə daha yaxşı nəticələr əldə etmək üzərində qurulub. Qısa müddət keçməsinə baxmayaraq, artıq həmin tendensiyalar izlənilir. Bu, illik hesabatda da əksini tapıb. Biz digər bankları da izləyirik. Prinsipcə, bütün bank sektorunu təbrik etmək olar ki, artıq uğurlu işləməyə başlayıblar”, - deyə R.Sadiq qeyd edib.
O bildirib ki, qısamüddətli dövrdə Banka hər hansı xarici səhmdarın cəlb edilməsi planlaşdırılmır.
“2017-ci ilin sonunda səhmdar kapitalını artırdıq. Bundan öncə də Bankın məcmu kapitalının normativə uyğun olmasına baxmayaraq, gələcəkdə aktivlərimizi artırma planlarımıza uyğun olaraq nizamnamə kapitalı daha da artırılıb. Hazırda bu göstərici növbəti il üçün planlarımıza tam kifayət edir. Ancaq yenə də, səhmdarların planları uzunmüddətli olduğunu nəzərə alaraq, ehtiyac olarsa, kapitalı daha da artırmağa hazırıq. Hazırda xarici səhmdarlarla hər hansı danışıqlar aparılmır. Lakin daha uzunmüddətli perspektivdə bu məsələyə də baxıla bilər”, - deyə Müşahidə Şurasının sədri əlavə edib.
Xəbər verdiyimiz kimi, “Bank BTB” ASC 2017-ci ili 687 min manat xalis mənfəət ilə başa vurub.
2017-ci ildə “Bank BTB”nin cəmi gəlirləri 16 milyon 87 min manat, o cümlədən faiz gəlirləri 13 milyon 837 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 250 min manat təşkil edib. Bankın cəmi faiz və qeyri-faiz xərləri isə 21 milyon 437 min manat təşkil edib. Nəticədə Bankın 5 milyon 350 min manat əməliyyat zərər yaranıb. Lakin kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 6 milyon 37 min manatının azad olması (mənfəətə əlavə olunması) Bankın ötən ili xalis mənfəətlə başa vurmasını təmin edib. Ehtiyatların azalması - Bankın gecikmədə olan kreditlərinin bir hissəsinin geri ödəndiyinə işarədir.
2016-cı ildə “Bank BTB”nin cəmi gəlirləri 19 milyon 392 min manat, o cümlədən faiz gəlirləri 14 milyon 756 min manat, 4 milyon 636 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bank 288 min manat əməliyyat zərəri etmiş, üstəlik ehtiyatlara 13 milyon 434 min manat ayırma nəzərdə tutduğundan 2016-cı ili 13 milyon 147 min manat zərər ilə başa vurmuşdu.
30 Dekabr 2017-ci il tarixinə “Bank BTB” ASC 268 milyon 770 min manat cəmi aktivlərə, 214 milyon 799 min manat cəmi öhdəliklərə və 53 milyon 971 min manat cəmi balans kapitalına malik olub.
30 Dekabr 2016-cı il tarixinə “Bank BTB” ASC 241 milyon 508 min manat cəmi aktivlərə, 202 milyon 886 min manat cəmi öhdəliklərə və 38 milyon 622 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 2016-cı ilin sonundakı 143 milyon 990 min manatdan 130 milyon 936 min manata düşüb.
2017-ci ildə Bankın nizamnamə kapitalı 14 milyon 450 min manat artırılaraq 52 milyon manatdan 66 450 min manata qaldırılıb. Qeyd edək ki, kapitalın artırılması Bankın yığılmış 14 milyon 757 min manat zərərinə yaxındır.
Ötən il Bankın məcmu kapitalı isə 53 milyon 407 min manatdan 53 milyon 657 min manata yüksəlib.
"Bank BTB" 3 fiziki şəxsə (Nigar Mehdiyeva, Rza Sadiq və Tükəzban Mahmudova) məxsusdur.
© Report, Marja
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 d. əvvəl
Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
- 11 d. əvvəl
- 20 d. əvvəl
-
33 d. əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
8 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
8 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır










.jpg)











