ABŞ-da neft hasilatı və ehtiyatları azalıb
ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları keçən həftə 1,6 milyon barel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 1,6 milyon barel (0,4%) azalaraq 420,5 milyon barelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların1,8 milyon barel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,8 milyon barel artım qeyd etmişdi.
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 0,7 milyon barel azalaraq 664,9 milyon barelə geriləyib.
XAM NEFT İSTEHSALI DA AZALIB
ABŞ-ın xam neft istehsalı da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama min barel azalaraq 10,27 milyon barelə geriləyib.
Ölkənin xam neft istehsalı beş həftə ardıcıl artım qeyd etdikdən sonra ilk dəfə azalıb.
ABŞ-ın xam neft ixracatı keçən həftə bir əvvəlki həftə ilə müqayisə gündəlik ortalama 722 min barel artımla 2,04 milyon barelə yüksələrkən, xam neft idxalı isə gündəlik ortalama 867 min barel azalaraq 7,02 milyon barelə geriləyib.
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarında azalma olduğunun açıqlanmasının ardından qlobal bazarda neft qiymətləri qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 d. əvvəl
-
28 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”






























