310 milyard dollarlıq şirkətə əl qoyuldu
Çin dövləti, ölkənin ən böyük özəl şirkətlərindən biri olan "Anbang Insurance Group"a əl qoyub. Səbəb olaraq isə qanun pozuntuları səbəbilə borc ödəmək gücündəki ciddi təhlükəyə diqqət çəkilib.
"Marja" xəbər verir ki, Çində sığorta bazarını tənzimləyən təşkilatın yaydığı açıqlamada "Anbang"ın qanunları və tələbələri pozduğu və "şirkətin borc ödəmə gücünün ciddi şəkildə təhlükəyə girə biləcəyi" qeyd edilib. Açıqlamada detallı məlumat verilməyib.
Təşkilat, "Anbang"ın idarə heyətinin sədri Wu Xiaohuinin maliyyə cinayətləri səbəbilə mühakimə olunduğunu bildirib.
Xaricdə etdiyi satınalmalarla tanınan və 30 milyard dollara yaxın məbləğdə şirkət və əmlak satın alan "Anbang"ın rəhbəri Wu İyun ayında həbs olunmuşdur.
Bir il müddətinə əl qoyulmuş şirkət "Qlobal Fortune 500" siyahısında 139-cu yerdədir. Şirkətin aktivlərinin həcmi 310 milyard dollara çatır.
Çindəki iri özəl sektor şirkətlərindən birinə əl qoyulması Kommunist Partiyanın maliyyə risklərini azaltma siyasətini davam etdirmək üçün nələri gözə ala biləcəyini göstərir və özəl şirkətlərə də bir xəbərdarlıq xüsusiyyəti daşıyır.
Dövlətin əl qoymaq qərarının nə üçün indi verildiyi hələ bilinmir. Sığortaçılıq sektorundan üç mənbə, "Anbang"ın bir müddətdir hökumətin hədəfində olduğunu, ancaq bunun şirkətin maliyyə sistem üçün yaratdığı risklərdən çox "Anbang"a xüsusi səbəblərdən qaynaqlandığını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 d. əvvəl
-
28 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”































