"ABŞ neft hasilatında Rusiyanı keçəcək"
ABŞ neft hasilatının həcminə görə Rusiyanı ən gec 2019-cu ildə ötəcək.
Bu açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol "Reuters" agentliyinə verib: "2019-cu ildə dəqiq ötəcək, bəlkə də, bu hadisə bu il baş verdi".
IEA rəhbəri qeyd edib ki, ABŞ-da şist neft hasilatı güclü templə artır: "Çox yaxında ABŞ əsas neft istehsalçısına çevriləcək".
Xatırladaq ki, ABŞ-da neft hasilatı 10-16 fevral həftəsində 10,27 mln. barel/günə çatıb. Bununla da ABŞ Səudiyyə Ərəbistanını ötərək Rusiyaya yaxınlaşıb. IEA fevral hesabatında ABŞ-ın orta illik neft hasilatının 2017-ci illə müqayisədə 1,26 mln. barel/gün və ya 13,5% artaraq 10,59 mln. barel/günə çatacağını bildirib.
F.Birol 2020-ci ilə qədər ABŞ-da neft hasilatının pik həddə çatmayacağını qeyd edib. Yaxın 4-5 ildə ABŞ-da neft hasilatının azalması müşahidə olunmayacaq.
IEA başçısı Kanada və Braziliya kimi ölkələrdə də hasilatın artacağını proqnozlaşdırır. Bu iki ölkə həmçinin neft bazarında güclü hərəkətverici qüvvə olacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir




























