Tesla Almanlara meydan oxuyur - Mercedes və BMW-ni "taxtından" endirdi
Avropada Tesla satışları Mercedes və BMW-ni keçib.
Tesla-nın elektrik avtomobilləri Almaniyanın lüks avtomobil istehsalçıları üçün bir texnologiya olmaqdan çıxıb əsl rəqibə çevrilib.
2017-ci ildə Elon Musk-ın qurduğu ABŞ-ın Tesla şirkəti, ən yüksək seqmentdəki avtomobil modeli olan "Model S" in satışlarında iki böyük Alman nəhənginin eyni seqmentdəki Mercedes S Class və BMW 7 seriyasını geridə qoyub.
"Marja" xəbər verir ki, Avropa miqyasında Tesla satışları 30% artaraq 16132 ədədə çatıb. Bazar araşdırması şirkəti "Jato"nun məlumatlarına görə, Mercedes S Class satışları 13359 ədəddə qalıb. BMW isə 7 Seriyasından isə 11735 ədəd satıb.
Tesla, sadəcə, sedan deyil, getdikcə böyüyən SUV seqmentində də Almanlara meydan oxuyur. Tesla 12 min ədəd satdığı Model X ilə BMW X6-nı keçib. Porsch Cayenne ilə də baş-başa gedir.
"Jato"nun analitiki Felipe Munoz, "Ənənəvi Alman istehsalçıları üçün bu çox ciddi bir həyəcan siqnalıdır" deyib.
Tesla kimi kiçik, amma ağıllı bir markanın debütdə Alman nəhənglərini məğlub etməsi diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 d. əvvəl
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
-
10 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
Ən çox oxunanlar
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir



























