"Dolların məzənnəsi düşməlidir"
Yanvar ayında ABŞ-ın ticarət kəsirinin artması, dolların məzənnəsi üçün mənfi xəbər olsa da, maliyyə bazarları müvəqqəti olaraq FED-in rəhbəri Cerom Pauelin (Jerome Powell) ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalarına daha çox diqqət ayırıb.
Bunu "Deutsche Bank"ın bazar araşdırmaları şöbəsinin həmsədri Corc Saravelos (George Saravelos) verib. Qeyd edək ki, yanvarda ABŞ-ın ticarət kəsiri 74,4 mlrd. dollar təşkil edib. Bundan bir ay əvvəl isə analoji göstərici 71,58 mlrd. dollar olub.
"ABŞ-da uçot dərəcəsinin digər inkişaf etmiş bölgələrlə müqayisədə yüksək olmasına baxmayaraq, bu ölkəyə maliyyə axınlarının azalması dolların məzənnəsinə mənfi təsir göstərəcək. Tədricən, ABŞ-ın tədiyyə balansında cari hesab portfel investisiyalarının azalması fonunda pisləşməyə başlayıb. Bu isə öz növbəsində dolların ucuzlaşmasına gətirib çıxaracaq", - deyə Saravelos bildirib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir

























