ABŞ-ın xam neft ehtiyatları artıb - NEFT UCUZLAŞDI
ABŞ-ın kommersiya (saış) xam neft ehtiyatları ötən həftə 3 milyon barel artıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 3 milyon barrel (0,7 faiz) artaraq 423,5 milyon barelə yüksəldiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 2,4 milyon barel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,6 milyon barel azalma qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) artaraq 665,3 milyon barelə çatıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 2,5 milyon barel (1 faiz) artaraq 251,8 milyon barelə yüksəlib.
Benzin ehtiyatlarına dair bazar gözləntisi də 0,2 milyon barel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,3 milyon barel artım göstərmişdi.
Xam neft hasilatı son 7 həftədə 6 dəfə yüksəlib.
ABŞ-ın xam neft hasilatı də keçən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 13 min barel artımla 10,28 milyon barelə çatıb.
Bu nəticə ilə, ölkənin xam neft hasilatı son 7 həftədə 6 dəfə artım göstərmişdir.
ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 261 min barel artımla 7,28 milyon barelə qalxıb, xam neft ixracı isə gündəlik orta hesabla 599 min barel azalaraq 1,44 milyon barrelə enib.
ABŞ-ın ticarət xam neft ehtiyatlarındakı artımın ardından qlobal bazarda neft qiymətləri düşüb.
Bakı vaxtı ilə saat 22.00-da Brent növü neftin qiyməti 65,56 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftin qiyməti də 62,14 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Böyük bankdan yeni dollar proqnozu
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir



























