Keçmiş narkoman Trampın baş iqtisadi müşaviri təyin edildi
ABŞ Prezidenti Donald Tramp, keçən həftə istefa verən Baş iqtisadi müşaviri Harri Cohnun (Gary Cohn) yerinə iqtisadçı və keçmiş televiziya aparıcısı Lourens Kadlounu (Larry Kudlow) təyin edib.
"Marja" xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders verdiyi açıqlamada, Kadlouya iqtisadi müşavir olmaq təklif edilib, o da təklifi qəbul etdiyini bildirib.
Sanders, Kadlounun vəzifəsinə rəsmi olaraq başlayacağı vaxtın daha sonra açıqlanacağını qeyd edib.
Tramp, dünən keçirdiyi mətbuat konfransında, Kadlounu uzun müddətdir tanıdığını və Kadlounun özünü seçki kampaniyası dövründə ən tez dəstəkləyən şəxslərdən biri olduğunu bildirmiş və "O çox-çox istedadlı və yaxşı bir adamdır"- ifadələrini işlətmişdi.
Trampın Baş iqtisadi müşaviri Harri Cohn, idxal polad və alüminiuma tətbiq edilən gömrük tarifləri münasibətilə ötən çərşənbə günü istefa vermişdi.
Ötən Cümə günü isə Tramp, idxal polad və alüminium müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində gömrük vergisi tətbiq etmək barədə qərar qəbul etmişdi.
Digər tərəfdən, Trampın yeni Baş İqtisadi müşaviri olaraq təyin olunan Kadlounun isə 2 həftə əvvəl Trampın əlavə gömrük planına qarşı çıxması diqqət çəkir.
Kadlou, 3 Martda CNBC-də dərc olunan yazısında, "Gömrük vergilərində artım, əslində vergi dərəcələrində artımdır",- şərhini edərək, ABŞ-da polad və alüminium istifadə edən şirkətlərin və istehlakçıların zərər görəcəyini qeyd etmişdi.
Yazısında, polad və alüminiuma gömrük vergisi tətbiq edilməsi vəziyyətində ABŞ-da 5 milyon insanın risk altına düşəcəyini bildirən Kadlou, Trampın azaltmaq istədiyi ticarət kəsirinin artacağını irəli sürmüşdü.
Azad ticarətə inanması ilə tanınan Kadloun, Trampın proteksionist (himayəçi) iqtisadi siyasətləri çərçivəsində rəhbərliklə necə çalışacağı indidən maraq mövzusu olub.
Şərhindən 3 ay sonra işlədiyi şirkət batıb
Kadlou, 1981-1985-ci illər arasında ABŞ-ın 40-ıncı Prezidenti Ronald Reyqan dövründə vəzifədə çalışmışdı.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, "Wall Street"də təcrübəsi olan 70 yaşlı Kadlou, 2007-ci ildə "iqtisadi böhran gəlmir" şərhini etmişdi.
Ancaq Kadlounun açıqlamasından 3 ay sonra, özünün 7 il işlədiyi investisiya bankçılığı nəhəngi "Bear Stearns", 2008 maliyyə böhranının əvvəlində batan ilk şirkətlərdən biri olmuşdu.
Kokain istifadəsi
1987-ci ildə "Bear Stearns"də işləməyə başlayan Kadlou, kokain istifadə etdiyi üçün 1994-cü ildə istefa vermək məcburiyyətində qalmışdı.
İstefa verdikdən sonra kokain çəkən olduğunu bildirən Kadlou, bunun üçün müalicə aldığını bildirmişdi.
Həmin dövrdə Kadlou, "Bear Stearns"də illik orta hesabla 800 min dollar qazanırdı.
Televiziya karyerası
Kadlou, ABŞ-ın ən böyük televiziya kanallarından biri olan CNBC-də 2001-ci ildə maliyyə və iqtisadiyyat şərhləri etməyə başlamışdır.
2014-cü ilə qədər kanalda öz proqramını təqdim edən Kadlou, CNBC-də müxtəlif proqramlara qonaq şərhçi kimi iştirak etməyə davam edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
19 d. əvvəl
Azərbaycan şirkəti 4 milyon manatlıq zərərdən 5,4 milyon manat mənfəətə keçib
- 38 d. əvvəl
-
52 d. əvvəl
Sosial şəbəkələrdə şərəf və ləyaqəti alçaltdı – 7 min manat ödəyəcək
-
1 saat əvvəl
DELUXE Residence-dən Ağ Şəhərdə yeni layihə — erkən satışlar başladı ®
-
1 saat əvvəl
Qızılın qiyməti son iki ayın minimumunu gördükdən sonra cüzi bahalaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Səhiyyə Nazirliyi: TƏBİB-in elektron sistemində nasazlıq yaranıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
Səhiyyə Nazirliyi: TƏBİB-in elektron sistemində nasazlıq yaranıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Şavkat Mirziyoyev: "6 iqtisadiyyat – 1 məhsul” formuluna keçməliyik
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi! ®
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir























