"Xoşbəxtlikdən, vəziyyət sabitləşdi" - Bank sədrilə müsahibə
“AccessBank”ın İdarə Heyətinin sədri və Baş Meneceri Rolf Reyhardt-ın "Caspian Energy"yə müsahibəsini təqdim edirik.
- Cənab Reyhardt, «AccessBank» Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk 5-liyinə daxildir. Sizcə, dünyanın maliyyə bazarlarında baş verən hansı hadisələr Azərbaycanın bank sektoruna və sizin bankınıza daha çox təsir göstərib?
- Burada mən 2008-ci ildəki qlobal maliyyə böhranını xatırlatmaq istərdim, hansı ki, əlbəttə, Azərbayanın bank sektoruna təsir etmişdi. Həmin vaxt «AccessBank» ölkədə kredit məhsullarını təqdim edən yeganə bank idi. Bunun da əsas nəticəsi bizim biznesin kreditləşməsində bazar payımızın artması oldu və bu gün «AccessBank» ölkənin aparıcı bankları arasında öz möhkəm mövqeyini qoruyur.
Bank sektoruna təsir edən əsas faktor isə, sözsüz ki, 2014/15-ci illərdə neftin kəskin ucuzlaşması oldu. Bu da manatın güclü devalvasiyası ilə nəticələndi. Öz növbəsində devalvasiya bank sektoruna güclü zərbə vurdu, çünki bankların müştəriləri dollar kreditlərinin ödənilməsində çətinliklərlə üzləşdilər. Manatla ifadədə bu kreditlərin həcmi təqribən 2 dəfə artmışdı, müştərilərin gəlirləri isə idxalın bahalaşması nəticəsində, əksinə, azalmışdı. Xoşbəxtlikdən, bir il əvvəl sabit valyuta məzənnəsinin müəyyən edilməsi ilə vəziyyət sabitləşdi.
- Sizin qısamüddətli və uzunmüddətli planlarınız necədir?
- Bizim bu il və qarşıdakı illər üzrə proqnozlarımız çox müsbətdir. Biz ötən ilin sonunda biznesin kreditləşməsinin artımından çox razı qaldıq və bu il səbirsizliklə artımın davam edəcəyini gözləyirik. Ölkədə rəqəmsal bank məhsullarına tələbatın artmasını müşahidə edərək, bankımız da özünün onlayn məhsullarını bundan sonra da genişləndirməyi planlaşdırır.
Qarşıdakı 12 ay ərzində müştərilərimiz üçün onlayn bankinq sistemində çoxsaylı yeni və çox cəlbedici funksiyalar təklif etməklə, AccessBank Azərbaycandakı müştərilər üçün həllər təqdim edən aparıcı struktura çevrilməyə çalışır.
Eyni zamanda, biz ötən il bankımızın iqtisadi effektliyinin yüksəldilməsi üçün çoxlu səylər göstərmişik ki, müştərilərimizə daha aşağı qiymətlərlə daha keyfiyyətli məhsullar təqdim edək. Bu sahədə bizim böyük uğurlarımız var, lakin hələ 2018-ci ildə görəcəyimiz işlər də az deyil.
- Azərbaycan iqtisadiyyatının hansı sahələrini Siz daha effektiv hesab edirsiniz?
- Mən ölkənin qeyri-neft sektorunun inkişafında böyük potensial görürəm. Azərbaycanda müxtəlif iqlim zonalarının zənginliyi isə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafı üçün böyük imkanların olmasından xəbər verir. Mən yalnız dadlı pomidor və narı deyil, qida sənayesi üçün yüksək səviyyəli məhsulları da nəzərdə tuturam. Turizm sektorunda da qısa müddət ərzində görülən işlər öz bəhrəsini verdi - artıq bu sektorda da müsbət artımı müşahidə etmək olar. Mən eləcə də daha bir cəlbedici inestisiya sektoru olan azad ticarət zonası və sənaye parklarını qeyd edə bilərəm ki, bura da xarici investorların marağı böyükdür və artmaqdadır.
- Regionların sosial-iqtisadi inkişafı reytinqinə əsasən, ölkəmizin bəzi iri regionlarında cəmi 2-3 bank şöbəsi fəaliyət göstərir. Bu vəziyyəti necə düzəltmək olar?
- Adətən banklar biznesin arxasınca gedirlər. Yəni, əgər regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanların genişlənməsi davam etdikcə, banklar da buradakı fəaliyyətlərini genişləndirəcəklər. Bizim bankımızın əsas fəaliyyəti müxtəlif həcmdə olan müəssisə və fermalarla bağlı olduğuna görə, regionlardakı filiallarda bizim payımız nisbətən yüksəkdir. Amma dəyişiklikləri də izləmək lazımdır. Smartfonlardan istifadə edən yeni nəsil böyüyür. Gələcəkdə bu smartfonlar onlar üçün evdəki bank filialına çevriləcək. Ona görə, mən ümumilikdə gələcəkdə filialların sayının çox da artacağını gözləmirəm.
- Sizcə Azərbaycanda Qərbin iri banklarının nümayəndəlikləri açılarsa, AccessBank bazardakı rəqabətə davam gətirəcəkmi?
- Biz öz fəaliyyətimizlə bağlı hansısa münaqişə gözləmirik və belə nümayəndəliklərlə əməkdaşlığa yalnız şad olacağıq. Təbii ki, əgər bu proses müştərilərə fayda gətirəcəksə...
- Siz öz fəaliyyətinizi dünya bazarlarında genişləndirməyi planlaşdırırsınızmı? Bu gün buna nə mane olur?
- Bizim bankımızın üstünlüklərindən biri odur ki, biz «AccessHolding»in bir hissəsiyik. Bu holdinq dünyanın müxtəlif ölkələrində banklara sahibdir. Bir qədər əvvəl bu siyahıya Gürcüstandakı «Credo Bank» da daxil oldu.
- Son 3 ildə ölkə əhalisinə göstərilən xidmətlərin dinamikası necə dəyişib? Hesab edirsinizmi ki, əhalinin bank sisteminə inamını geri qaytarmaq olar? Sizdə bununla bağlı hazır reseptlər varmı?
- Biz qanunvericilikdəki dəyişikliklər sayəsində nağdsız ödənişlərin artımını müşahidə edirik. Biz bu dəyişiklikləri alqışlayırıq, çünki onlar rəqəmsal bank xidmətlərinin inkişafına şərait yaradır. Etimada gəldikdə isə, mən əminəm ki, banklar inkişaf edə bilərlər. Düstur isə çox sadədir: sadəcə xaricdən müştərilər üçün, daxildən isə risklərin ağıllı idarə edilməsi üçün şəffaf olmaq lazımdır. Bundan başqa, qeyd etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə ağıllı yanaşaraq uğurlar əldə edir. Bu da həm bank sektoru, həm də onun müştəriləri üçün sərfəlidir.
- 2017-ci ildə bankın nizamnamə kapitalı 140 milyon manata qədər artdı. Bu artıma hansı faktorlar təsir etdi?
- İki səbəb var. Birincisi, biz kapitalımızı ona görə artırdıq ki, dollar krediti olan və devalvasiyadan əziyət çəkən müştərilərimizə krediti daha uzun müddətə qaytarmaq imkanı verək. İkincisi, böyük kapital bizə kreditləşmə sahəsində fəaliyyətimizi daha da genişləndirmək üçün lazım idi. Yeri gəlmişkən, biz bu il kapitalımızı bir qədər də artırmağa hazırlaşırıq. Kapital artımı elə böyük olacaq ki, təkcə cari biznesə deyil, yaxın gələcəkdə də fəaliyətimizi genişləndirmək üçün kifayət etsin.
- Son vaxtlar bəzi xarici banklar rəqəmsal bankinq xidmətləri təklif etməyə başlayıblar. Bəs «AccessBank» öz müştərilərinə hansı innovasiylar təqdim etməyə hazırlaşır?
- Əvvəla qeyd etmək istəyirəm ki, son illər biz bankımızın İT infrastrukturuna da yatırımlar etmişik və bunun hesabına bank sektorundakı innovasiyalarla ayaqlaşırıq. Bu gün bankımız müştərilərimizə «myAccess» elektron bank xidməti vasitəsilə müxtəlif innovativ həllər təqdim edir. Hazırda müştərilərimizin ödənişlərinin 72%-i onlayn rejimdə aparılır. Biz müştərilərimizin vaxtını yüksək qiymətləndiririk, ona görə də rəqəmsal xidmətlərimizin daha da genişlənməsi «AccessBank» üçün prioritet olacaq.
Bundan başqa, biz müasir texnologiyalara da investisiyalar yatırırıq ki, əvvəlkindən daha tez yeni məhsullar təqldim etmək imkanımız olsun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
14 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 15 saat əvvəl
-
17 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
17 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
17 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
17 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
17 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb






























